Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşdı – FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyəti Bakıda səfərdədir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu gün nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir.
 

Fevral ayının 4-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı ona “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasını ölkə başçısının uğurlu siyasətinə verilən yüksək qiymət olduğunu bildirib. Butün bunlar öz növbəsində paytaxt Bakı və Əbu-Dabi şəhərləri arasında uğurlu əməkdaşlıq qurmağa zəmin yaradır.


Bakı haqqında məlumat verən Eldar Əzizov bildirdi ki, cənab İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib və bu prosses uğurla davam edir.

Azərbaycan və BƏƏ arasında uzun illərdən bəri davam edən dostluq münasibətlərinə toxunan Məhəmməd Əli Əl-Şorafa qeyd edib ki, ölkəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verilir.

“Bu mənim şəhərinizə ilk səfərimdir və gördüklərimi nəzərə alaraq sonuncu olmadığına əminəm”.
 

Bakı şəhərinin sürətli inkişafını, şəhər idarəçiliyinin effektivliyini xüsusilə qeyd edən qonaq iki paytaxt şəhərin biri-birindən çox şeyi öyrənəcəklərinə ümidvar olduğunu bildirib. Sonra Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.


Eldar Əzizov qonağa şanlı zəfərimizə həsr olunan və artıq 11 dildə çap edilən “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrini təqdim edib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyanın komandası: Solovyovun sözləri 100 faiz müxalifətə xoş gəlib

Paşinyanın komandası: Solovyovun sözləri 100 faiz müxalifətə xoş gəlib

Rusiya Ukraynada iri dron istehsalı zavodunu DAĞITDI - Zərər 10 milyonlarla dollardır

Rusiya Ukraynada iri dron istehsalı zavodunu DAĞITDI - Zərər 10 milyonlarla dollardır

Durov: Mənə “oliqarx” demək düzgün deyil

Durov: Mənə “oliqarx” demək düzgün deyil

Kallas: “Rusiya 100 ildən çoxdur ki, qonşularına hücum edir”

Kallas: “Rusiya 100 ildən çoxdur ki, qonşularına hücum edir”

Rusiyada “çirkli pulları yuyan” bankirlər TUTULDU – ANBAAN VİDEO

Rusiyada “çirkli pulları yuyan” bankirlər TUTULDU – ANBAAN VİDEO

Azərbaycan ABŞ ilə super saziş sayəsində YENİ MƏRHƏLƏYƏ qədəm qoyur

Azərbaycan ABŞ ilə super saziş sayəsində YENİ MƏRHƏLƏYƏ qədəm qoyur

İsti və günəşli hava geri qayıdır

İsti və günəşli hava geri qayıdır

Regionda geosiyasi yenidənqurma və Rusiyanın şoku

Regionda geosiyasi yenidənqurma və Rusiyanın şoku

“Qəbələ” fransalı futbolçu TRANSFER ETDİ

“Qəbələ” fransalı futbolçu TRANSFER ETDİ

Qiymət paradoksu: Ərzaq bahalaşır, qeyri-ərzaq ucuzlaşır...

Qiymət paradoksu: Ərzaq bahalaşır, qeyri-ərzaq ucuzlaşır...

Dünyadakı ən ağıllı şəxs bu qadın imiş – FOTO

Dünyadakı ən ağıllı şəxs bu qadın imiş – FOTO

Olimpiadada Ukrayna idmançısı səbəbindən qalmaqal YAŞANDI

Olimpiadada Ukrayna idmançısı səbəbindən qalmaqal YAŞANDI

Ukrayna nümayəndə heyəti Putinlə görüşmək üçün Moskvaya gedəcək?

Ukrayna nümayəndə heyəti Putinlə görüşmək üçün Moskvaya gedəcək?

“Turkish Airlines” şirkəti İstanbuldan İrəvana uçuşlara başlayır

“Turkish Airlines” şirkəti İstanbuldan İrəvana uçuşlara başlayır

Cəlilabadda yollar buz bağlayıb – VİDEO

Cəlilabadda yollar buz bağlayıb – VİDEO

Alimlər insan həyatındakı ən yorucu onilliyi açıqladı

Alimlər insan həyatındakı ən yorucu onilliyi açıqladı

Kremldən Vensin səfərinə REAKSİYA

Kremldən Vensin səfərinə REAKSİYA

Tovuzda yüksək vəzifəli məmur işdən çıxarıldı - FOTO

Tovuzda yüksək vəzifəli məmur işdən çıxarıldı - FOTO

Nəriman Axundzadə yeni klubunda nə qədər QAZANACAQ?

Nəriman Axundzadə yeni klubunda nə qədər QAZANACAQ?

Pensiyalar yeni artımla BU TARİXDƏ ödəniləcək

Pensiyalar yeni artımla BU TARİXDƏ ödəniləcək

Kimlər avara hesab olunur və onları nə qədər cərimə gözləyir? – HÜQUQİ İZAH

Kimlər avara hesab olunur və onları nə qədər cərimə gözləyir? – HÜQUQİ İZAH

Xoşqədəm Hidayətqızı türk TELEVİZİYASINDA: “Bunları bilərək Doğuşla ailə qurdum” - VİDEO

Xoşqədəm Hidayətqızı türk TELEVİZİYASINDA: “Bunları bilərək Doğuşla ailə qurdum” - VİDEO

DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində QƏRAR - FOTO

DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində QƏRAR - FOTO

Bu şəxslərə vəzifə verildi - ADLAR

Bu şəxslərə vəzifə verildi - ADLAR

End of content

No more pages to load

RADİO