İlham Əliyevdən Məsud Pezeşkiana TƏBRİK MƏKTUBU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
 

Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.


Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.
 

İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” – “Nyukasl” matçının biletləri sabah satışa çıxır

“Qarabağ” – “Nyukasl” matçının biletləri sabah satışa çıxır

Məktəblərlə bağlı YENİ LAYİHƏ – Pulu haradan və necə qazanacaqlar?

Məktəblərlə bağlı YENİ LAYİHƏ – Pulu haradan və necə qazanacaqlar?

Pensiyalar artımlarla ÖDƏNİLDİ

Pensiyalar artımlarla ÖDƏNİLDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Ərəb Parlamentinin prezidenti: “Dünyanın İlham Əliyev kimi liderlərə ehtiyacı var”

Ərəb Parlamentinin prezidenti: “Dünyanın İlham Əliyev kimi liderlərə ehtiyacı var”

“Lokomotiv”in futbolçusu “Turan Tovuz”da – FOTO

“Lokomotiv”in futbolçusu “Turan Tovuz”da – FOTO

Ərəb Parlamentinin prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Ərəb Parlamentinin prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO

Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO

Polis Zərdabda əməliyyat keçirdi – 7 nəfər TUTULDU

Polis Zərdabda əməliyyat keçirdi – 7 nəfər TUTULDU

Xırdalan sakinlərini sevindirən, Masazırı isə nigaran qoyan xəbər – “Bir həftəyə düzələcək”

Xırdalan sakinlərini sevindirən, Masazırı isə nigaran qoyan xəbər – “Bir həftəyə düzələcək”

Bu bölgədə temperatur mənfi 6 dərəcəyə endi – FOTO/VİDEO

Bu bölgədə temperatur mənfi 6 dərəcəyə endi – FOTO/VİDEO

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Kürdəmir rayonu da ağ örpəyə büründü - VİDEO

Kürdəmir rayonu da ağ örpəyə büründü - VİDEO

Bakıda film kimi QULDURLUQ: Kuryeri bıçaqladı, qızılları qaçırdı – VİDEO

Bakıda film kimi QULDURLUQ: Kuryeri bıçaqladı, qızılları qaçırdı – VİDEO

Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

Nərimanın yeni klubunu tanıyaq: Komandada erməni də var...

Nərimanın yeni klubunu tanıyaq: Komandada erməni də var...

Sürücülərə XƏBƏRDARLIQ – Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ - FOTO

Sürücülərə XƏBƏRDARLIQ – Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ - FOTO

Bakıda yaşayış binasında yanğın – 3 nəfər təxliyə OLUNDU

Bakıda yaşayış binasında yanğın – 3 nəfər təxliyə OLUNDU

Azərbaycan–ABŞ münasibətlərində YENİ SƏHİFƏ - Xartiya ilə rəsmiləşən strateji TƏRƏFDAŞLIQ

Azərbaycan–ABŞ münasibətlərində YENİ SƏHİFƏ - Xartiya ilə rəsmiləşən strateji TƏRƏFDAŞLIQ

Bu məlumatları yayarkən iki dəfə düşünün – Məsuliyyəti ağırdır

Bu məlumatları yayarkən iki dəfə düşünün – Məsuliyyəti ağırdır

ABŞ səfirliyi: Vens ailəsinin Şəhidlər xiyabanına ziyarəti Azərbaycan xalqının cəsarətinə hörmət əlamətidir

ABŞ səfirliyi: Vens ailəsinin Şəhidlər xiyabanına ziyarəti Azərbaycan xalqının cəsarətinə hörmət əlamətidir

Mark Entonidən Bekhemlər ailəsindəki qalmaqala REAKSİYA

Mark Entonidən Bekhemlər ailəsindəki qalmaqala REAKSİYA

"Donbas verilsə belə, Rusiya müharibəni dayandırmayacaq"

"Donbas verilsə belə, Rusiya müharibəni dayandırmayacaq"

DİN-dən ÇAĞIRIŞ: “Heç bir qadın döyülməyə, təhqir olunmağa məhkum deyil!” – VİDEO

DİN-dən ÇAĞIRIŞ: “Heç bir qadın döyülməyə, təhqir olunmağa məhkum deyil!” – VİDEO

End of content

No more pages to load

RADİO