ABŞ Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində işlərini davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens jurnalistlərə İrəvandakı səfərini başa vurarkən bildirib.
“Buradan Azərbaycana doğru yola çıxmaqdan məmnunuq. Sülhə nail olmaq yalnız ilk addımdır və bu gün biz həmin sülhün təmin olunması üzərində çalışırıq,” – deyə Vens söyləyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulması da regionda sülhün möhkəmlənməsinə töhfə verir.
“Düşünürəm ki, biz əla sülh sazişi imzalamışıq və ABŞ prezidenti Donald Trampın administrasiyası bunun möhkəm olmasını təmin etmək üçün çalışır,” – deyə vitse-prezident əlavə edib.
Bizim.Media