Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk tammiqyaslı sammitinin 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, “Axios” nəşrinin məlumatına görə, tədbirə Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan liderləri dəvət olunub və rəsmi Bakının sammitdə yüksək səviyyədə təmsil olunacağı gözlənilir.

Amerikalı rəsmilər görüşü formal olaraq Qəzza sektorunun bərpası üçün humanitar vəsait toplama platforması kimi təqdim etsələr də, proses Tramp administrasiyasının müharibədən sonrakı nizamlanma üçün öz siyasi mexanizmini qurmaq cəhdi kimi qiymətləndirilir.

ABŞ-ın planına əsasən, “Sülh Şurası” Qəzzada atəşkəsə nəzarət etməli, idarəetmə və bərpa proseslərini koordinasiya etməlidir. Qeyri-rəsmi olaraq üzv ölkələr üçün təxminən 23 milyon dollarlıq “standart” töhfə, daimi üzvlük üçün isə bir milyard dollar səviyyəsində ödəniş nəzərdə tutulur.

Sammit ABŞ-ın “United States Institute of Peace” binasında keçiriləcək. Qurum yaxın vaxtlarda rəsmi şəkildə “Donald Tramp adına Sülh İnstitutu” adlandırılıb və bu addım institutun ekspert mərkəzindən siyasi brend elementinə çevrildiyi kimi dəyərləndirilir. Görüş, eyni zamanda, ABŞ-ın Qəzza planının ikinci mərhələsinin müzakirə olunduğu bir vaxta təsadüf edir.

Sammitdən bir gün əvvəl, 18 fevralda İsrailin baş naziri Benyamin Netanyahunun Donald Trampla Ağ Evdə görüşü planlaşdırılır. Bu danışıqların nəticəsinin “Sülh Şurası” təşəbbüsünün gələcək taleyinə ciddi təsir göstərə biləcəyi bildirilir. ABŞ-ın müsəlman ölkələrindən stabilləşdirici qüvvələr yaratmaq ideyasında Azərbaycanın adı çəkilsə də, rəsmi Bakı riskli hərbi missiyalarda iştirak etməyə hazır olmadığını bəyan edib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

End of content

No more pages to load

RADİO