Pakistan məsciddə baş verən və çoxsaylı insanın həyatına son qoyan faciəvi partlayışdan sonra göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı ölkənin xarici işlər naziri İshaq Dar “X” hesabında paylaşım edib.
“Bu çətin dövrdə Pakistanla həmrəy olduğunuz üçün təşəkkür edirik. Terrorizmlə mübarizədə qətiyyətimiz sarsılmaz olaraq qalır”, — deyə nazir qeyd edib.

Bizim.Media