Prezidentdən Azərbaycan gənclərinə MÜRACİƏT

Prezident İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Əziz gənclər!
 

Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.


Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir.

Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşıb.

Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz.

Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir.
 

Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil edib.

Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir.

Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kim Kardaşyan Şakiranın keçmiş sevgilisi ilə eşq yaşayır – FOTO

Kim Kardaşyan Şakiranın keçmiş sevgilisi ilə eşq yaşayır – FOTO

Epşteyn dosyesindən Putinin də adı çıxdı

Epşteyn dosyesindən Putinin də adı çıxdı

Cəlilabadda QANDONDURAN CİNAYƏT – Əmi qardaşı uşaqlarını niyə baltaladı? – VİDEO

Cəlilabadda QANDONDURAN CİNAYƏT – Əmi qardaşı uşaqlarını niyə baltaladı? – VİDEO

Naxçıvan Konstitusiyasına dəyişikliklər ikinci səsvermədə QƏBUL EDİLDİ

Naxçıvan Konstitusiyasına dəyişikliklər ikinci səsvermədə QƏBUL EDİLDİ

Deputat: “Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlansın”

Deputat: “Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlansın”

Doğuşun "Survivior"da ürəyi getdi – VİDEO

Doğuşun "Survivior"da ürəyi getdi – VİDEO

Nazirlikdən partlayış səsləri ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ

Nazirlikdən partlayış səsləri ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ

Tikilməkdə olan binalardan mənzil alanların DİQQƏTİNƏ – Yeni mexanizm YARADILA BİLƏR

Tikilməkdə olan binalardan mənzil alanların DİQQƏTİNƏ – Yeni mexanizm YARADILA BİLƏR

Bu qurumlarda ixtisarlar BAŞLADI – “200-dən çox insan...”

Bu qurumlarda ixtisarlar BAŞLADI – “200-dən çox insan...”

85 nəfər zəhərlənib, 4 nəfər həyatını itirib - RƏSMİ

85 nəfər zəhərlənib, 4 nəfər həyatını itirib - RƏSMİ

Sahibkar onu güllələyəni bıçaqlayıbmış – TƏFƏRRÜAT

Sahibkar onu güllələyəni bıçaqlayıbmış – TƏFƏRRÜAT

Xəzər geri çəkilir: Yeni ekosistem yaranır – FOTO

Xəzər geri çəkilir: Yeni ekosistem yaranır – FOTO

Binəqədidə işıq kəsiləcək

Binəqədidə işıq kəsiləcək

12 yaşlı oğlan dəm qazından boğuldu

12 yaşlı oğlan dəm qazından boğuldu

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - lifti belə yoxdur...

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - lifti belə yoxdur...

Qasım Məmmədovun yerinə o təyin edildi

Qasım Məmmədovun yerinə o təyin edildi

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO

Bakıda bərbərxanada dava - Müştəri döyüldü

Bakıda bərbərxanada dava - Müştəri döyüldü

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Nailə İslamzadənin qış tətili – VİDEO

Nailə İslamzadənin qış tətili – VİDEO

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

End of content

No more pages to load

RADİO