Bu il Azərbaycanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu haqda təşkilatın Ağsaqqallar Şurasının İstanbulda keçirilən iclasında TDT-nin Baş katibi Bağdad Amreyev bildirib.
O, həmçinin qeyd edib ki, bu il Macarıstanda da “Vişeqrad qrupu” ölkələri (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin Zirvə Görüşü keçiriləcək.
Bizim.Media