İran radioları sərhəd qaydalarını yenə pozur – Rəqəmsal yayım ÇÖZÜM olacaqmı? 

“Hər ölkə özünün radio və televiziya yayım siyasətini qurub. Sadəcə olaraq bu, sərhədyanı ölkələrdə beynəlxalq konvensiya ilə tənzimlənir. Beynəlxalq Radiotezliklər Komissiyası var. Sərhədyanı rayonlarda tezliyin bir hissəsi bir, digər hissəsi isə digər ölkəyə verilir ki, qarışıqlıq olmasın”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində “Media FM” Radiostansiyasının baş direktoru Rüstəm Əliyev bildirib.

Belə ki, İran radio və televiziya tezliklərinin Azərbaycan ərazisinə daxil olması məsələsinə münasibət bildirən mütəxəssis ilk növbədə bunun baş vermə səbəblərini izah edib:

“Əgər sərhədə yaxın ərazilərdə ötürücülər quraşdırılıbsa, yayım sərhədləri aşıb keçir. Sadəcə olaraq, elə ölkələr var ki, buna ciddi riayət edir. Digərləri isə riayət etmədiyinə görə, qonşu ölkələrin yayımlarına ciddi maneələr törədirlər. İran da elə ölkələrdəndir ki, tezliklərə nəzarət etmirlər, yaxud da bilərəkdən bunu edirlər. Belə olan halda isə, yayımlar Azərbaycan ərazisinə keçir. Bu da yerli yayımlara problem yaradır. Hardasa problem yaratmasa da, bizim efir məkanımızı kirləndirir. Əslində bunlar yolverilməyən hallardır. Lakin təəssüf ki, belə hallar var”.
 

MÖVZU İLƏ BAĞLI:

İranın nüvə proqramı ilə bağlı danışıqlar dayandırıldı


Ekspert bu cür halların qarışısını almaq üçün hansı tədbirlərin görülməli olduğuna da diqqət çəkib: 

“Ən yaxşı variantlardan biri Azərbaycan radiolarının sərhədyanı ərazilərdə yayımının daha da gücləndirilməsi, sayının çoxaldılması və boş qalan tezliklərin Azərbaycan yayımları ilə doldurulmasıdır. Say nə qədər çox olacaqsa, həmin tezliklərdə Azərbaycan radioları daha çox yayımlanacaq. Güclü ötürücülər vasitəsilə prosesi dəstəkləmək də şərtdir. Dövlət də dəstək verərsə, özəl yayım şirkətləri güclü ötürücülər alaraq həmin ərazilərdə gözəl bir yayım təşkil edə bilərlər. Bu da kənar tezliklərin ərazimizə keçmək ehtimallarını azaldacaq”. 

Mütəxəssis rəqəmsal yayıma keçidin kənar təsirlərin qarşısını ala bilməyəcəyini də qeyd edib: 
 

“Tutaq ki, biz rəqəmsal yayıma keçdik. İran isə qaldı analoq (FM) yayımda. Bunun heç bir təsiri olmayacaq. Çünki analoq və rəqəmsal yayım fərqli tezlik diapazonunda aparılır”.


Məsələnin siyasi tərəfinə gəlincə...

“Təbii ki, İran təbliğatının Azərbaycanda izləri var. Lakin buna qarşı bizim də əks həmlələrimiz var. Heç bir ölkənin daxili işlərimizə qarışmasına imkan vermirik və verməyəcəyik”, - deyə millət vəkili Fazil Mustafa qeyd edib.

İranın Azərbaycanda apardığı təbliğatın təsirləri ilə fikirlərini bölüşən deputat İrana xəbərdalıq etməyi də unutmayıb:

“Amma belə bir simptomlar var. Bu təhlükə də yaradır. Lakin biz mübarizəmizi aparmalıyıq. Hər hansı bir şəkildə İranın daxili işlərimizə müdaxiləsində maraqlı ola bilmərik, buna qarşı da mövqeyimiz sərt olacaq. Ona görə də, bu məsələdə qarşılıqlı münasibət, etik çərçivə olmalıdır ki, rəsmi Tehran bizim xoş niyyətimizdən istifadə etməsin.
 

Əlbəttə, İranın niyyəti xoşməramlı olmaya bilər. Lakin biz çalışmalıyıq ki, qonşularla normal münasibətimiz olsun. Ermənilər də xoşməramlı deyildi, yumruqla başa saldıq. Digər qonşularımızı da sözlə, dostluqla başa salırıq”.


Qeyd edək ki, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 8-də jurnalistlərə verdiyi müsahibəsində İran kanallarının Azərbaycanın cənubunda kütləvi yayımının qarşısının yaxın aylarda alınması üçün lazımi tədbirlərin davam etdirildiyini bildirib.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maska geyinib qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı

Maska geyinib qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Sterlinqin yeni klubu BİLİNDİ

Sterlinqin yeni klubu BİLİNDİ

Eyni pəhriz, fərqli nəticələr

Eyni pəhriz, fərqli nəticələr

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

End of content

No more pages to load

RADİO