Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri təyin edilib.
Bu vəzifə əvvəllər ekologiya və təbii sərvətlər nazirinə həvalə olunmuşdu.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur.
Bizim.Media