Yağışdan çıxıb, yağmura düşmək... – Şah-molla növbələşməsi fonunda Güney Azərbaycan reallığı

İranda Pəhləvi adının yenidən “dövriyyə”yə buraxılması bəzi dairələr tərəfindən nicat yolu kimi təqdim olunsa da, bir əsrlik tarix özü onların yerinə danışır.  Xüsusilə də Güney Azərbaycan üçün Şah rejimi geriyə zorakılıqdan başqa xatirə qoymayıb. Tarix Şah sülaləsinin və onun məddahlarının 100 illik nostalgiyasına deyil, konkret dəlillərə əsaslanır.   

Rza Pəhləvi hakimiyyətə gələndə (1925) İranın əsas problemi onların təqdim etdiyi kimi “parçalanmaq təhlükəsi” idi. Əslində isə şahın “qarınağrısı” çoxmillətli İranı zorla farslaşdırmaq idi.
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan İrana növbəti XƏBƏRDARLIQ - "Yaxın vaxtlarda..." - VİDEO


Bu siyasətin ən ağır zərbəsi isə ölkənin ən böyük qeyri-fars xalqına – Azərbaycan türklərinə dəydi. 30-cu illərdən etibarən Güney Azərbaycanda türk dili məktəblərdə tam qadağan edildi, hətta türkcə danışan şagirdlər cəzalandırıldı. Təbii ki, Azərbaycan türkləri baş verənləri susqunluqla müşahidə etmədi. Xalqın cəsarətli, təəssübkeş oğulları yerli türklərin haqlarını qorumaq üçün ayağa qalxdı.

Nəticədə 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyində Azərbaycan Milli Hökuməti quruldu. Türk dilində təhsil bərpa edildi, yerli özünüidarə sistemi yaradıldı, torpaq islahatı aparıldı.

Bəs şahın cavabı nə oldu?

Cəmi bir il sonra İran ordusu Güney Azərbaycana soxuldu. Minlərlə insan öldürüldü, müəllimlər sürgün edildi. Azərbaycan türkcəsində yazılmış dərsliklər “separatizm sübutu” adı ilə yığışdırılıb yandırıldı.

Türk kimliyinə qarşı 100 illik dövlət siyasəti

Bu, özünü dünyaya modern monarx kimi tanıdan Məhəmməd Rzanın qeyri-farslara qarşı mövqeyi idi. Amma Avropanın mədəni sahəsində, elit ziyafətlərində azərbaycanlı xanımı ilə iştirak edib, bir neçə dildə sərbəst danışmaqla özünü Qərbə sevdirməyi bacarmışdı.

Xanımı demişkən...

Qeyd edək ki, Fərəh Diba ilə Məhəmməd Rza evləndikdən sonra çoxları düşünürdü ki, şahın siyasəti yumşalar, çünki qadın böyük qüvvədir, üstəlik şahbanu Pəhləvilər sülaləsinin iki vəliəhdinin anası idi. Amma şahın sevimli arvadı öz soyuna görə əri ilə arasını korlamadı, fars siyasətinə sadiq qaldı. İşi-peşəsi sosial modernləşmə idi: incəsənət, mədəniyyət, qadınların tərəqqisi, teatr, muzey və beynəlxalq mədəni əlaqələrə diqqət yetirirdi, ölkənin etnik qruplarının demokratik hüquqları onu maraqlandırmırdı.

Şahın repressiya dəyirmanı isə üzdən modern görünən, əslində feodalizm olan dövlətində fırlanmağa davam edirdi. Türk dilini isə bilərəkdən  “ev dustaqlığı”na salıb geriqalmışlıq kimi cəmiyyətə yeritməyə çalışırdı. Farsca yaxşı danışa bilməyən azərbaycanlılar dövlət strukturlarından kənarlaşdırılırdı.

İndi ironiya ondadır ki, bu gün “Junior Pəhləvi” ABŞ-də isti və komfort malikanəsində oturub əhalini küçələrə çağırır, “İslam Respublikası azlıqları əzir” deyə üzünü dünyaya tutur. Atasının İranda cövlan elədiyi dövrləri ya unudub, ya da təklif etdiyi yeni və modern monarxiya ilə gözləri boyamağa çalışır.

Doğrudur, Qərbin indi də Pəhləvilərə açıq simpatiyası var, amma bu günün İranı şahın qoyub getdiyi, daha doğrusu qaçıb getdiyi İran deyil, yəni klassik monarxiya ağlabatan görünmür. Olsa-olsa ABŞ-nin vassalı olan, “Pəhləvi” brendi altında yarımonarx-yarırespublika qurula bilər.

Güney Azərbaycan üçün deja-vu

Bəli, bu gün İslam Respublikası Güney Azərbaycanı sıxışdırır, hər şey göz önündədir. Amma bu, Pəhləvilərin başladığı yolun əslində dini variantıdır. Biri mundirli general idi, digəri isə əmmaməli molla. Fars şovinizminin siyasəti isə dəyişməz qalır: “Bir dövlət – bir dil.”


Yəni Pəhləvilər “Yeni İran”da hansı rejimi qurursa-qursun Güney Azərbaycanı gözləyən gələcək dəyişmir: “sən varsan, amma İran türkü olaraq – danışa bilərsən, amma fars dilində”. Görünən odur ki, bu dəfə hamam təzələnir, amma tas elə köhnə qalır...

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Əraqçi Makronu sərt tənqid etdi

Əraqçi Makronu sərt tənqid etdi

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda İranı kim İDARƏ EDİR?

Hazırda İranı kim İDARƏ EDİR?

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?

Osimhenin qolunun sındığı anın VİDEOSU

Osimhenin qolunun sındığı anın VİDEOSU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Ramazan bayramı martın 20-ə təsadüf edir

Ramazan bayramı martın 20-ə təsadüf edir

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

O da Nəsrinin serialında olacaq – FOTO

O da Nəsrinin serialında olacaq – FOTO

End of content

No more pages to load

RADİO