İlham Əliyev pravoslavların Milad bayramını TƏBRİK ETDİ

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
 

Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.


Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılmışdır.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir.

Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

Siqaret çəkənləri cərimələmək yerinə, tərgidənləri mükafatlandırmaq? – Deputatdan AÇIQLAMA

Siqaret çəkənləri cərimələmək yerinə, tərgidənləri mükafatlandırmaq? – Deputatdan AÇIQLAMA

Bu uşaq qidalarında təhlükə AŞKARLANDI - Geri çağırılır

Bu uşaq qidalarında təhlükə AŞKARLANDI - Geri çağırılır

Dumanlı hava nə vaxtadək davam edəcək?

Dumanlı hava nə vaxtadək davam edəcək?

Trampın kürəkəni: Kiyevin təhlükəsizlik zəmanətləri həll olunub

Trampın kürəkəni: Kiyevin təhlükəsizlik zəmanətləri həll olunub

Aliment borcunu ödəməyən kişi məhkəmə zalında HƏBS EDİLDİ

Aliment borcunu ödəməyən kişi məhkəmə zalında HƏBS EDİLDİ

Saat 11:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 11:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Vensin evinə hücum edən şəxs TUTULDU

Vensin evinə hücum edən şəxs TUTULDU

1188 nəfər zəhərlənib, 46 nəfər həyatını itirib – RƏSMİ

1188 nəfər zəhərlənib, 46 nəfər həyatını itirib – RƏSMİ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

"Xəstələnmirəm və buna hamı təəccüblənir"

"Xəstələnmirəm və buna hamı təəccüblənir"

Tramp: “Arvadım rəqsimə nifrət edir” – VİDEO

Tramp: “Arvadım rəqsimə nifrət edir” – VİDEO

“Maduroya o xəyanət edib”

“Maduroya o xəyanət edib”

ABŞ-Ukrayna danışıqları bu gün də DAVAM ETDİRİLƏCƏK

ABŞ-Ukrayna danışıqları bu gün də DAVAM ETDİRİLƏCƏK

İdarəetmədə köklü dəyişikliklərin ANONSU – Qarabağdakı model bütün ölkə üzrə tətbiq oluna bilər

İdarəetmədə köklü dəyişikliklərin ANONSU – Qarabağdakı model bütün ölkə üzrə tətbiq oluna bilər

Diqqət! Yanvar bu bürclərin həyatını alt-üst edə bilər

Diqqət! Yanvar bu bürclərin həyatını alt-üst edə bilər

Venesuelada bir həftəlik matəm elan edildi

Venesuelada bir həftəlik matəm elan edildi

“Eşref Rüya” izləyicilərinə pis xəbər

“Eşref Rüya” izləyicilərinə pis xəbər

Azərbaycanlılar bu ölkədən deport olundu

Azərbaycanlılar bu ölkədən deport olundu

2026-cı ilin moda trendləri açıqlandı: Keçmiş illərin dəbi qayıdır

2026-cı ilin moda trendləri açıqlandı: Keçmiş illərin dəbi qayıdır

Zəngəzur dəhlizinin bu qədər real olması uğurlu diplomatiyanın təzahürüdür

Zəngəzur dəhlizinin bu qədər real olması uğurlu diplomatiyanın təzahürüdür

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ

Nazirlikdən maaş və pensiyalarla bağlı açıqlama

Nazirlikdən maaş və pensiyalarla bağlı açıqlama

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək - FOTO

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək - FOTO

End of content

No more pages to load

RADİO