KİV: “Bu il Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliyə daşınması hədəflənir”

Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması, sərhədlərin hüquqi baxımdan dəqiqləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir.

Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyinin məlumatında qeyd edilir.

Məqalədə vurğulanır ki, 2025-ci il Azərbaycan və Ermənistan arasında təmasların intensivləşdiyi və normallaşma istiqamətində praktik irəliləyişlərin əldə olunduğu bir dövr kimi yadda qalıb.
 

Bildirilib ki, burada ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vasitəçiliyi ilə bir araya gələrək birgə bəyannamə imzalaması, iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini paraflanması əsas yer tutur:


"Bununla da tərəflər münaqişəyə son qoymaq və tam normallaşmaya doğru irəliləmək əzmlərini bir daha təsdiqləmiş olublar. İl ərzində qarşılıqlı etimadın artırılmasına yönəlmiş addımlar atılıb. Azərbaycan Ermənistana gedən yüklər üzərindəki məhdudiyyətləri aradan qaldıraraq regional ticarət və nəqliyyat xətlərinin fəaliyyətə başlamasına töhfə verib. Azərbaycan neftinin Ermənistana ixracına başlanması isə iqtisadi münasibətlər baxımından mühüm mərhələ kimi qeydə alınıb".

Agentlik vurğulayıb ki, normallaşma prosesinin iqtisadi və infrastruktur ölçüsündə "Zəngəzur dəhlizi" kimi də tanınan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi ön plana çıxıb:

"Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirməyi, regional nəqliyyat və ticarət əlaqələrini gücləndirməyi hədəfləyən TRIPP layihəsinin 2026-cı ildə Ermənistan ərazisində tikinti mərhələsinə keçməsi nəzərdə tutulur. Siyasi və diplomatik müstəvidə Qarabağ məsələsini həll etmək məqsədilə yaradılan, lakin illər ərzində heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk Qrupunun ləğvi normallaşma prosesinin mühüm elementlərindən biri olub.

Bu addım artıq "Qarabağ problemi" adlı bir məsələnin qalmadığını, tərəflər arasındakı məsələlərin ikitərəfli formatda və birbaşa danışıqlar yolu ilə həll olunması yanaşmasının qəbul edildiyini ortaya qoyub. İl ərzində tərəflər arasında aparılan təmaslarda sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin açılması mövzusunda danışıqlar davam etdirilib. Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrindən ibarət qruplar isə qarşılıqlı səfərlər həyata keçiriblər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Əraqçi Makronu sərt tənqid etdi

Əraqçi Makronu sərt tənqid etdi

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda İranı kim İDARƏ EDİR?

Hazırda İranı kim İDARƏ EDİR?

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?

Osimhenin qolunun sındığı anın VİDEOSU

Osimhenin qolunun sındığı anın VİDEOSU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Ramazan bayramı martın 20-ə təsadüf edir

Ramazan bayramı martın 20-ə təsadüf edir

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

O da Nəsrinin serialında olacaq – FOTO

O da Nəsrinin serialında olacaq – FOTO

End of content

No more pages to load

RADİO