Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırma davam edir.

Bizim.Media “Azərtac.az”a istinadən xəbər verir ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı – VİDEO


Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.

ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkar edilmiş faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.

Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxıstan ICAO-nun tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib.


Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd olunub. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub.

Qeyd edək ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir.

Aralıq bəyanat sənədindən fərqli olaraq yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.

Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

End of content

No more pages to load

RADİO