Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihə icra olunub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, ərazidəki arakəsmə ləğv edilib və Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilib. Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qaldırılıb.
Eyni zamanda, bu kəsişmə işıqforla nizamlandığından piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılıb.

Layihə icra edilmədən əvvəl Qələbə dairəsindən Əbdülvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospekti və 20 Yanvar dairəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edirdi.

Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri Tbilisi prospekti ilə gələn nəqliyyat vasitələrinin sürətini əhəmiyyətli dərəcədə azaldırdı və həmin hissədə ciddi sıxlığa səbəb olurdu.

Yeni layihənin icrasından sonra Əbdülvahab Salamzadə küçəsi ilə hərəkət edən avtomobillərin geriyədönmə manevrlərinə ehtiyac aradan qaldırılacaq və hərəkətin axıcılığı təmin ediləcək.

Tbilisi prospekti ilə hərəkət edib geriyə dönmə həyata keçirmək istəyənlər üçün həmin geriyədönmə yeri olduğu kimi saxlanılır.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynəlxalq səyahətçilər Azıx mağarasına getdilər

Beynəlxalq səyahətçilər Azıx mağarasına getdilər

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Tovuzda azyaşlını “tok” vurdu

Tovuzda azyaşlını “tok” vurdu

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - FOTO/VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - FOTO/VİDEO

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

End of content

No more pages to load

RADİO