"Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara başlayır" - Hikmət Hacıyev

Zəngəzur dəhlizi bütün iştirakçı tərəflərə, o cümlədən qonşu Ermənistana böyük imkanlar yaradacaq ki, bu da onun dənizə çıxışı olmayan ölkə kimi regional və daha geniş inteqrasiyadan faydalana biləcəyi deməkdir.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.

H.Hacıyevin sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasından sonra əvvəllər yaradılmış regional dəhlizlər öz əhəmiyyətini itirməyəcək.

“Ermənistan Azərbaycan və Gürcüstanın öz aralarında qurduğu əməkdaşlıq modelini qəbul edə bilər. İrəvan da buna qoşulub özü üçün müavinət əldə edə bilər”, - Prezidentin köməkçisi bildirib.

Regional təhlükəsizlik məsələlərinə toxunan H.Hacıyev qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsi həll olunandan sonra gələcəyə baxır və özünü sülh tərəfdarı kimi göstərir.

"Azərbaycan həm qonşularla, həm regional dövlətlərlə, həm də ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlarla əməkdaşlığa can atır. Ölkəmiz tərəfdaşları və qonşu dövlətlərlə birlikdə müharibələrdən azad region yaratmaq prosesindədir”, - diplomat vurğulayıb.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara başlayır və bu danışıqlarda beynəlxalq hüququn suverenlik, sərhədlərə və ərazi bütövlüyünə qarşılıqlı hörmət kimi prinsipləri əsas olmalıdır:

"Regionun yeni “brend” strategiyasına ehtiyacı var və Azərbaycan vahid, inteqrasiya olunmuş Cənubi Qafqazın yaradılmasında öz rolunu oynamağa hazırdır. Biz ABŞ-ı bu işdə mühüm tərəfdaş kimi görürük".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah”ın qapıçısı komandadan AYRILA BİLƏR

“Sabah”ın qapıçısı komandadan AYRILA BİLƏR

Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi – FOTO

Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi – FOTO

Mediada Azərbaycan dilinin qorunması ARB24 telekanalında müzakirə olundu – FOTO

Mediada Azərbaycan dilinin qorunması ARB24 telekanalında müzakirə olundu – FOTO

Bu ərazilərdə işıq olmayacaq - Saat 16:30-dək...

Bu ərazilərdə işıq olmayacaq - Saat 16:30-dək...

Ermənistana gedən nümayəndə heyətimizdə kimlər təmsil olunur? – ADLAR

Ermənistana gedən nümayəndə heyətimizdə kimlər təmsil olunur? – ADLAR

Azərbaycan nümayəndə heyəti Ermənistanda – VİDEO

Azərbaycan nümayəndə heyəti Ermənistanda – VİDEO

43 bələdiyyənin vəzifəli şəxsi məsuliyyətə CƏLB OLUNDU – RƏSMİ

43 bələdiyyənin vəzifəli şəxsi məsuliyyətə CƏLB OLUNDU – RƏSMİ

Pakistan və Əfqanıstanda ZƏLZƏLƏ oldu

Pakistan və Əfqanıstanda ZƏLZƏLƏ oldu

Bu şəxslərin pensiyasına 300 faizlik əlavə EDİLİR

Bu şəxslərin pensiyasına 300 faizlik əlavə EDİLİR

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Zelenski “Konstitusiya kartı”nı İŞƏ SALDI - ABŞ-ın seçki tələbinə GÖZLƏNİLMƏZ CAVAB

Zelenski “Konstitusiya kartı”nı İŞƏ SALDI - ABŞ-ın seçki tələbinə GÖZLƏNİLMƏZ CAVAB

Sosial ödəniş alanların DİQQƏTİNƏ!

Sosial ödəniş alanların DİQQƏTİNƏ!

Eynək istifadə edənlərin nəzərinə...

Eynək istifadə edənlərin nəzərinə...

Bir ay heç kimlə görüşməyəcək - Qadağa qoydu

Bir ay heç kimlə görüşməyəcək - Qadağa qoydu

“Barselona” səfərdə darmadağın oldu - VİDEO

“Barselona” səfərdə darmadağın oldu - VİDEO

Bu adada insanlardan çox pişiklər yaşayır

Bu adada insanlardan çox pişiklər yaşayır

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Bakıda 4-cü sinif şagirdi qəfil dünyasını dəyişdi

Bakıda 4-cü sinif şagirdi qəfil dünyasını dəyişdi

Azərbaycanda da Visa və MasterCard-dan İMTİNA EDİLİR?

Azərbaycanda da Visa və MasterCard-dan İMTİNA EDİLİR?

Azərbaycandan Ukraynaya generatorlar göndərildi – FOTO

Azərbaycandan Ukraynaya generatorlar göndərildi – FOTO

İran TIR-ı Ələt-Astara yolunda qəzaya düşdü – FOTO/VİDEO

İran TIR-ı Ələt-Astara yolunda qəzaya düşdü – FOTO/VİDEO

Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı - Yeni fakt - Foto

Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı - Yeni fakt - Foto

İçməyən nəsil gəlir — spirt sənayesi böhran siqnalı verir

İçməyən nəsil gəlir — spirt sənayesi böhran siqnalı verir

Sürücülər arxa duman fənərlərindən nə zaman istifadə edə bilərlər? – VİDEO

Sürücülər arxa duman fənərlərindən nə zaman istifadə edə bilərlər? – VİDEO

End of content

No more pages to load

RADİO