Zakir Həsənov Hulusi Akarla bu məsələləri müzakirə etdi - DETALLAR - VİDEO

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdən əvvəl təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov şərəf kitabını imzalayıb. Daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə görüş olub. İşgüzar görüşlərdə regional təhlükəsizlik, eləcə də Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Türkiyəli nazir qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.

H.Akar qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

General-polkovnik Z.Həsənov da öz növbəsində Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın Müdafiə naziri iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi  hərbi əməkdaşlığa da müstəsna  təsirini  xüsusi vurğulayıb.

Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin  vacibliyini qeyd ediblər. Görüşlərdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir.
Bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah”ın qapıçısı komandadan AYRILA BİLƏR

“Sabah”ın qapıçısı komandadan AYRILA BİLƏR

Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi – FOTO

Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi – FOTO

Mediada Azərbaycan dilinin qorunması ARB24 telekanalında müzakirə olundu – FOTO

Mediada Azərbaycan dilinin qorunması ARB24 telekanalında müzakirə olundu – FOTO

Bu ərazilərdə işıq olmayacaq - Saat 16:30-dək...

Bu ərazilərdə işıq olmayacaq - Saat 16:30-dək...

Ermənistana gedən nümayəndə heyətimizdə kimlər təmsil olunur? – ADLAR

Ermənistana gedən nümayəndə heyətimizdə kimlər təmsil olunur? – ADLAR

Azərbaycan nümayəndə heyəti Ermənistanda – VİDEO

Azərbaycan nümayəndə heyəti Ermənistanda – VİDEO

43 bələdiyyənin vəzifəli şəxsi məsuliyyətə CƏLB OLUNDU – RƏSMİ

43 bələdiyyənin vəzifəli şəxsi məsuliyyətə CƏLB OLUNDU – RƏSMİ

Pakistan və Əfqanıstanda ZƏLZƏLƏ oldu

Pakistan və Əfqanıstanda ZƏLZƏLƏ oldu

Bu şəxslərin pensiyasına 300 faizlik əlavə EDİLİR

Bu şəxslərin pensiyasına 300 faizlik əlavə EDİLİR

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Zelenski “Konstitusiya kartı”nı İŞƏ SALDI - ABŞ-ın seçki tələbinə GÖZLƏNİLMƏZ CAVAB

Zelenski “Konstitusiya kartı”nı İŞƏ SALDI - ABŞ-ın seçki tələbinə GÖZLƏNİLMƏZ CAVAB

Sosial ödəniş alanların DİQQƏTİNƏ!

Sosial ödəniş alanların DİQQƏTİNƏ!

Eynək istifadə edənlərin nəzərinə...

Eynək istifadə edənlərin nəzərinə...

Bir ay heç kimlə görüşməyəcək - Qadağa qoydu

Bir ay heç kimlə görüşməyəcək - Qadağa qoydu

“Barselona” səfərdə darmadağın oldu - VİDEO

“Barselona” səfərdə darmadağın oldu - VİDEO

Bu adada insanlardan çox pişiklər yaşayır

Bu adada insanlardan çox pişiklər yaşayır

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Bakıda 4-cü sinif şagirdi qəfil dünyasını dəyişdi

Bakıda 4-cü sinif şagirdi qəfil dünyasını dəyişdi

Azərbaycanda da Visa və MasterCard-dan İMTİNA EDİLİR?

Azərbaycanda da Visa və MasterCard-dan İMTİNA EDİLİR?

Azərbaycandan Ukraynaya generatorlar göndərildi – FOTO

Azərbaycandan Ukraynaya generatorlar göndərildi – FOTO

İran TIR-ı Ələt-Astara yolunda qəzaya düşdü – FOTO/VİDEO

İran TIR-ı Ələt-Astara yolunda qəzaya düşdü – FOTO/VİDEO

Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı - Yeni fakt - Foto

Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı - Yeni fakt - Foto

İçməyən nəsil gəlir — spirt sənayesi böhran siqnalı verir

İçməyən nəsil gəlir — spirt sənayesi böhran siqnalı verir

Sürücülər arxa duman fənərlərindən nə zaman istifadə edə bilərlər? – VİDEO

Sürücülər arxa duman fənərlərindən nə zaman istifadə edə bilərlər? – VİDEO

End of content

No more pages to load

RADİO