Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.


Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında" qərarın yekdilliklə qəbul edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
 

Sözsüz ki, bu, tarixi miqyasda hadisədir. O, Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, mehriban qonşuluq, bərabərhüquqlu və əməkdaşlıq zəminində güclü birliyini, onların ayrılmazlığı və bölünməzliyi üzrə tarixi talelərinin düzgün qavranılmasını təcəssüm etdirir.


Qəti əminəm ki, qəbul edilən qərar tamamilə qanunauyğundur, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın tarixi inkişaf yolunu, onların zəruri ehtiyaclarını və həqiqi maraqlarını obyektiv şəkildə əks etdirir.

Əsrlər boyu xalqlarımızı coğrafi qonşuluq, ortaq sivilizasiya kökləri, mədəniyyət, adət-ənənə və mənəvi dəyərlərin yaxınlığı birləşdirib. Bununla da müstəqillik şəraitində qarşılıqlı münasibətlərin nadir arxetipik nümunəsi yaradılıb və bu gün o, hazırkı və gələcək kontinental proseslərin inkişafında - siyasətdə, iqtisadiyyatda, sosial məsələlərdə və humanitar sahələrdə güclü amildir.

Məhz Mərkəzi Asiya və Azərbaycan transkontinental, çoxvektorlu qarşılıqlı əlaqədə əsas vəsilə olmaq vəzifəsini öz öhdələrinə götürüblər, bu olmadan tarazlaşdırılmış, uğurlu və davamlı müasir iqtisadi arxitekturanın yaradılması mümkün deyil.

Artıq ölkənizin bu ali məqsədin reallaşmasında iştirakı əlavə güclü siyasi-hüquqi təməllə möhkəmləndirilib.

Əziz qardaşım, Məşvərət Görüşü formatı bütün iştirakçılar üçün sülh, etimad, harmoniya, mehriban qonşuluq və qarşılıqlı faydalı tərəfdaşlığın təmin edilməsi üçün vacib platforma rolunu oynayır. Fəxr edirəm ki, Türkmənistan bu siyasi qarşılıqlı fəaliyyət formasının başlanğıcında dayanıb. Ölkəmizin Məşvərət Görüşünün yaradılması təşəbbüsü on beş ildən də çox əvvəl Özbəkistanda elan edilib və tam şəkildə dəstəklənib.
 

Növbəti addım Qazaxıstanda ilk rəsmi Məşvərət Görüşü oldu, burada çoxtərəfli dialoqun ideoloji təməlləri qoyuldu, onun uzunmüddətli məqsədləri və perspektivləri müəyyən edildi.


Bunun ardından razılaşdırılmış plana uyğun olaraq görüşlər Türkmənistanda, Qırğızıstanda və Tacikistanda keçirildi. Regiondaxili əməkdaşlığın əsas məsələləri və beynəlxalq gündəlik etimad əsasında və açıq atmosferdə müzakirə edildi, əhəmiyyətli qərarlar və razılaşmalar əldə olundu.

Zaman bu formatın yaradılmasının düzgünlüyünü, onun aktuallığını və səmərəliliyini, xalqların və istisnasız olaraq bütün iştirakçı dövlətlərin fundamental maraqlarına uyğunluğunu göstərdi.

Qarşılıqlı anlaşmanın inkişafında, Məşvərət görüşlərinin əhəmiyyətinin və nüfuzunun artmasında yeni bir mərhələ Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanının təsis edilməsi idi. Onun ilk laureatı Tacikistan Respublikasının Prezidenti oldu.

Hörmətli İlham Heydər oğlu, mənim üçün xüsusi qürur və şərəf hissi doğuran fakt ondan ibarətdir ki, ölkəmizin təklifi ilə bu ilin avqust ayında "Avaza" Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə üçüncü Konfransı (UNCLDC) zamanı Mərkəzi Asiya Dövlət Başçılarının növbədənkənar Məşvərət Görüşü təşkil edildi.

Məhz bu görüşdə Türkmənistan Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da bu formatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini və qardaş xalqlar ailəsinə hərtərəfli inteqrasiyasını daha da gücləndirməsini təklif etdi. Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, bu təşəbbüs Daşkənddə Mərkəzi Asiya ölkələrinin prezidentləri tərəfindən tam dəstəklənib və ortaq rifaha doğru irəliləyişimiz üçün olduqca əhəmiyyətli və perspektivli bir fakta çevrilib.

İnanıram ki, Sizin ölkənizin siyasi nüfuzunu, onun nəhəng resurs, sənaye, texnoloji potensialını, mədəni və humanitar sahələrdə əldə olunmuş nailiyyətlərini nəzərə alaraq, Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasında həlledici amil, müasir regional və beynəlxalq inkişaf istiqamətlərində fəal iştirakın stimulu olacaq, məsuliyyətli, vahid mövqedən çıxış edən tərəfdaşlar, qlobal koordinasiya sistemində özünün layiqli rolunu və yerini dərk edən, qarşıya qoyulan məqsədlərə birlikdə çatmağa hazır olan Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın rolunu, çəkisini artıracaq.
 

Hörmətli İlham Heydər oğlu, Sizi gələn il Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə əziz qardaş və dost qismində gözləyirik. Ən səmimi təbriklərimi qəbul etməyinizi bir daha xahiş edirəm.


Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə və beynəlxalq fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, səadət, əmin-amanlıq və tərəqqi arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

36 yaşında karyerasını bitirir

36 yaşında karyerasını bitirir

Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir”

Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir”

Proqramlaşdırmada İNQİLAB: “Google” yeni süni intellekt modelini təqdim etdi

Proqramlaşdırmada İNQİLAB: “Google” yeni süni intellekt modelini təqdim etdi

Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

"Fənərbağça" son anda qələbəni əldən verdi

"Fənərbağça" son anda qələbəni əldən verdi

Ceyran Haşımova mirasını açıqladı - VİDEO

Ceyran Haşımova mirasını açıqladı - VİDEO

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından altı il ÖTÜR

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından altı il ÖTÜR

İstanbulda sel mağazanı yararsız hala saldı - VİDEO

İstanbulda sel mağazanı yararsız hala saldı - VİDEO

Trampdan VƏD: Respublikaçılara 400 milyon dollardan çox vəsait xərcləyəcək

Trampdan VƏD: Respublikaçılara 400 milyon dollardan çox vəsait xərcləyəcək

“Sabah” – “Borussiya” matçının ƏN YAXŞISI seçildi

“Sabah” – “Borussiya” matçının ƏN YAXŞISI seçildi

Ekspert Şəki sakininin 1500 manatını mənimsəyib? - VİDEO

Ekspert Şəki sakininin 1500 manatını mənimsəyib? - VİDEO

Bakıda 17 mərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi - FOTO

Bakıda 17 mərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi - FOTO

Tramp Ukraynanı razılaşmaya ÇAĞIRDI: “Əks halda, çox pis olacaq” - VİDEO

Tramp Ukraynanı razılaşmaya ÇAĞIRDI: “Əks halda, çox pis olacaq” - VİDEO

Sakinlərin DİQQƏTİNƏ: Bakının 3 rayonunda su olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bakının 3 rayonunda su olmayacaq

Fransada “Lacoste” mağazasından ayaqqabı götürən polislər gündəm oldu - VİDEO

Fransada “Lacoste” mağazasından ayaqqabı götürən polislər gündəm oldu - VİDEO

"Buna görə insanlardan qaçırdım"

"Buna görə insanlardan qaçırdım"

"Sabah" "Borussiya"ya UDUZDU - VİDEO

"Sabah" "Borussiya"ya UDUZDU - VİDEO

Zelenski: “ABŞ Ukraynaya güclü zəmanətlər vəd etdi”

Zelenski: “ABŞ Ukraynaya güclü zəmanətlər vəd etdi”

Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirildi - FOTO

Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirildi - FOTO

Oslo görüşündə SÜLH MESAJI: Razılaşmalar əldə edilib

Oslo görüşündə SÜLH MESAJI: Razılaşmalar əldə edilib

"Borussiya" hesabda önə keçdi - VİDEO

"Borussiya" hesabda önə keçdi - VİDEO

Culfada AĞIR QƏZA: 4 yaşlı uşaq öldü, 8 yaralı var - FOTO

Culfada AĞIR QƏZA: 4 yaşlı uşaq öldü, 8 yaralı var - FOTO

BMW-dən QEYRİ-ADİ ADDIM: İşdən çıxana 600 min avro ödənildi

BMW-dən QEYRİ-ADİ ADDIM: İşdən çıxana 600 min avro ödənildi

End of content

No more pages to load

RADİO