ABŞ-dan Rusiyaya qarşı İNFORMASİYA HƏMLƏSİ – Təbliğat şəbəkəsi ifşa olundu

ABŞ Dövlət Departamenti Rusiya tərəfindən maliyyələşdirilən kütləvi informasiya resurslarının əlaqələri və rəsmi Kremlin təbliğat şəbəkəsi haqqında məlumatları yayımlayıb.

Bizim.Media məlumat verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “Global Engagement Center” tərəfindən 20 yanvar 2022-ci il tarixində yayımlanan hesabatında məlumat verilir.

“Kreml tərəfindən maliyyələşdirilən kütləvi informasiya vasitələri: RT və Sputnikin Rusiyanın dezinformasiya siyasətindəki rolu və təbliğat ekosistemi” adlı 33 səhifəlik hesabatda Rusiya KİV-lərinin rəsmi Kremillə olan əlaqələri haqqında məlumatlara yer verilir.

Hesabatda Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin bir neçə istiqamət üzrə Kremillə birbaşa bağlantıları olduğu qeyd olunur. Mərkəzin hesabatında Kremlin təbliğat priamidasının başında prezident Vladimir Putinin yer aldığı görünür. Onunla birbaşa əlaqəli şəxslər sırasında ilk olaraq Rusiya prezidentinin icra aparatının müavini vəzifəsini icra edən Aleksey Qromovun adı çəkilir. Qromov eyni zamanda Kremlin media aparatına rəhbərlik edir və Putinin “kukla ustası” adlandırılır. 

Qromov, Marqarita Simonyanla birbaşa əlaqəli şəxs və onun əsas himayədarı hesab olunur. Marqarita Simonyan isə “RT”, “Rossiya Segodnya” və “TV-Novosti”nin baş redaktoru, həmçinin “Beynəlxalq Jurnalistikanın İnkişafı Assosiasiyası”(ADİJ)in həmtəsisçisidir.

Hesabatda “Rossiya Seqodnya”nın saytında Sputnik-in 2014-cü ilin noyabrında “Marqarita Simonyanın iştirakı ilə” yaradıldığı bildirilir. Bəzən Simonyan Sputnik-in baş redaktoru adlandırılsa da, “Sputnik”-in rəsmi saytında onun sözügedən resursda işlədiyi qeyd olunmur. Hesabat “RT”-nin baş redaktoru kimi Marqarita Simonyan və Rusiya höküməti ilə birbaşa əlaqələri barədə faktların da mövcudluğuna diqqət çəkir.  
 

Marqarita Simonyanın ofisində Kremillə “önəmli məsələləri müzakirə etmək üçün” birbaşa telefon xəttinin olduğu qeyd olunur.


Hesabatda Marqarita Simonyanın baş redaktoru olduğu “TV-Novosti”-nin “RT” ilə birbaşa əlaqələrinin olduğu qeyd olunur. “TV-Novosti” öz növbəsində birneçə dildə fəaliyyət göstərən vebsayt “Russia Beyond”, rusdilli vebsayt “Kub”, video-xəbər agentliyi “Ruptly” üzərində nəzarəti həyata keçirən əsas informasiya resursu hesab olunur. “RT” vasitəsilə Marqarita Simonyanın bu resurslar üzərində də ciddi təsir gücü olduğu qeyd olunur. Aleksey Qromovun oğlunun eyni zamanda “Kub”-un meneceri olduğu bildirilir.

Los-Anjelesdə yerləşən sosial media üzrə ixtisaslaşmış şirkət olan “Maffick” isə “WasteEd”, “In the now”, “Soapbox” kimi onlayn səhifələri idarə edir. “Maffick” şirkəti 2019-cu ildə yaradılıb və “RT” ilə şübhəli əlaqələri səbəbi ilə Facebook, Twitter və YouTube sosial şəbəkələri tərəfindən Rusiya dövləti tərəfindən dəstəklənən qurum kimi etiketlənib. “İn the Now” 2016-cı ildə “RT”-də yayımlanan proqram olub, lakin daha sonra müstəqil media resursuna çevrilib. 
 

“RT” ilə əlaqəli bir digər resurs olan və onun rəqəmsal məzmun layihəsi hesab olunan “Redfish”-in isə mərkəzi Berlində yerləşir və 2021-ci ildə “Maffick”-in Berlin ofisini bağlayana qədər “Ruptly”, “Redfish” və “Maffick Media” eyni ünvanı paylaşırdı.


Birbaşa prezident Putinlə əlaqəli ikinci şəxs isə Dimirti Kselyov hesab olunur. Kselyov “Rossiya Segodnya” kanalının rəhbəridir. “Rossiya Segodnya” kanalı ilə əlaqəli resurslar sırasında “Ukraina.ru”, “BaltNevs”, “İnoSmi”, “Sputnik” (baş redaktoru Anton Anisimov) və “RİA Novosti”-nin də adları çəkilir. Kselyov dolayı yolla bu resurslar üzərində də nəzarəti həyata keçirir.

Qeyd edək ki, daha əvvəl də müxtəlif xəbər resurslarında Rusiya tərəfindən maliyyələşdirilən informasiya resursları barəsində məlumatlar dərc olunurdu.

Ancaq ABŞ Dövlət Departamenti tərəfindən son yayımlanan hesabat mövzu ilə bağlı rəsmi sənəd olması ilə digərlərindən fərqlənir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ilin məzunlarının NƏZƏRİNƏ – Attestat və diplomlarla bağlı YENİLİK

Bu ilin məzunlarının NƏZƏRİNƏ – Attestat və diplomlarla bağlı YENİLİK

Türkiyə gəzinti gəmisində YANĞIN – Sərnişinlər təxliyə edildi – ANBAAN VİDEO

Türkiyə gəzinti gəmisində YANĞIN – Sərnişinlər təxliyə edildi – ANBAAN VİDEO

Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR

Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO

Hava kəskin dəyişir: Külək, intensiv yağış, sel... – Nazirlikdən ÇAĞIRIŞ

Hava kəskin dəyişir: Külək, intensiv yağış, sel... – Nazirlikdən ÇAĞIRIŞ

Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO

Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO

Rayonlarda qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Rayonlarda qeyri-sabit hava nə vaxtadək davam edəcək?

SON DƏQİQƏ! Samuxda qarayara xəstəliyinə yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! Samuxda qarayara xəstəliyinə yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Zelenski tennis oynadı – FOTO

Zelenski tennis oynadı – FOTO

Elmira Rəhimova 85 yaşında!

Elmira Rəhimova 85 yaşında!

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Cəlilabadın 35 kəndi işıqsız qalıb

Cəlilabadın 35 kəndi işıqsız qalıb

End of content

No more pages to load

RADİO