“Biz silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə Azərbaycanın prioritetlərini dəstəkləyirik. Azərbaycanın Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik”
Bizim.Media xəbər verir ki, bu fikirləri Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabından bildirib.
Belə ki, Britaniyalı diplomat Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.
“Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır", - Ceyms Şarp qeyd edib.
Bizim.Media
