ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrlik Azərbaycana keçdi - Ceyhun Bayramov prioritetləri açıqladı

Yanvarın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında çıxış edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Çıxış zamanı Azərbaycanın TƏF sədrliyinin prioritet məsələlərindən və müəyyən edilmiş Təhlükəsizlik Dialoqlarından danışan nazir, aşağıdakı vacib məsələləri səsləndirib:

- Azərbaycanın TƏF-də sədrliyi sonuncu dəfə 17 il bundan öncə olub və o vaxtdan bəri ATƏT regionunda ümumi təhlükəsizlik mühitini mürəkkəbləşdirən bir çox hadisələr baş verib. Dəyişilməz qalan isə bizim həm ATƏT, həm də TƏF çərçivəsində əməkdaşlığımızın təməl prinsipləridir. Buraya, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental normalara, prinsiplərə və öhdəliklərə qeyd-şərtsiz hörmət, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi daxildir.

- Dövlətlərarası davranışın əsas prinsiplərinin kobud şəkildə pozulması nəticəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri təhlükə altına düşmüşdü. Lakin, 2020-ci ilin payızında silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatı bu vəziyyətə son qoydu.

- Azərbaycanın sədrlik gündəliyinə TƏF üçün yüksək əhəmiyyət kəsb edən və aktual məsələlər üzrə Təhlükəsizlik Dialoqlarının həyata keçirilməsi daxil edilib. Belə ki, ilk Təhlükəsizlik Dialoqu gələn həftə beynəlxalq humanitar hüquqa riayət olunması və mülki şəxslərin müdafiəsi mövzusu üzrə keçiriləcək. Biz, bu Təhlükəsizlik Dialoqu vasitəsilə dövlətlərin beynəlxalq humanitar hüquq və ATƏT-in müvafiq öhdəliklərinə əməl etməsini təşviq etmək və gücləndirməyi, habelə onların pozuntularına görə cavabdehliyin vacibliyi məsələsinin müzakirəsini təşkil etməyi hədəfləyirik.

- Digər iki Təhlükəsizlik Dialoqunu Yüngül və Atıcı Silahların və Adi Sursat Ehtiyatlarının müxtəlif aspektlərinə həsr edəcəyik. Onlardan biri əldə edilmiş təcrübəyə diqqət yetirməklə, ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsi mövzunu əhatə edəcək. Digər Təhlükəsizlik Dialoqu minalarla mübarizə məsələsinə diqqət yetirəcək.

- ATƏT-in hərtərəfli və çoxölçülü təhlükəsizlik konsepsiyası nöqteyi-nəzərindən, praktiki yardım layihələrinin həyata keçirilməsi digər təhlükəsizlik sahələrində, məsələn, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı öhdəliklərimizin yerinə yetirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

- ATƏT-in ‘hərbi-siyasi bloka qoşulmayan iştirakçı dövləti olan Azərbaycan, həmişə ATƏT-i ümumavropa təhlükəsizlik arxitekturasının əsas sütunu kimi görüb və hesab edib ki, ATƏT-in fundamental sənədlərində dəstəklənən təhlükəsizliyin bölünməzliyi qorunmalıdır.

Sədrliyimiz çərçivəsində Təhlükəsizlik Dialoqlarından biri də, heç bir siyasi-hərbi alyansa daxil olmayan ölkələrin Avropa təhlükəsizlik arxitekturasındakı yeri və roluna, eləcə də ATƏT məkanında təhlükəsizlik və sabitliyə töhfə verməklə bağlı yanaşma və təcrübələrinə həsr olunacaq.

- Sədrliyimizin növbəti Təhlükəsizlik Dialoqu terrorizmin bütün forma və təzahürləri ilə mübarizəyə həsr olunacaq. ATƏT özünün unikal hərtərəfli təhlükəsizlik konsepsiyasına əsaslanaraq, terrorizmin maliyyələşdirilməsi, xarici terrorçu döyüşçülər fenomeni və terrorizm, o cümlədən çirkli pullarla muzdluların və terrorçuların maliyyələşdirilməsi, habelə separatizm və zorakı ekstremizm, mütəşəkkil cinayətkarlıq və digər qeyri-qanuni fəaliyyətlər arasında əlaqələr daxil olmaqla, vahid yanaşma vasitəsilə terrorizmlə mübarizə və onun qarşısının alınması üçün yaxşı mövqeyə malikdir.

- Növbəti Təhlükəsizlik Dialoqumuz adi silahlara nəzarət, eləcə də etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini əhatə edəcək. Azərbaycan öz təcrübəsinə əsaslanaraq, bu sahədə mövcud olan təhlükə və çağırışlara yaxşı bələddir. 

- Nəhayət, yekun Təhlükəsizlik Dialoqumuz münaqişədən sonrakı yenidənqurma məsələlərinə diqqət yetirəcək və ATƏT regionunda əldə edilmiş təcrübəyə əsaslanacaq. 

- Azərbaycan TƏF sədrliyi müddətində Təşkilatın əsasını təşkil edən fundamental prinsiplərə hörməti təmin etməklə yanaşı, ümumi siyasi və hərbi öhdəliklərimizin həyata keçirilməsini təşviq etmək və gücləndirmək üçün digər iştirakçı dövlətlərlə fəal şəkildə işləyəcək.

İclasın sonunda nazir Ceyhun Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, Azərbaycanın prioritetlərini dəstəkləyən və bu istiqamətdə Azərbaycanla birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə etdi, səsləndirilmiş bir sıra rəy və təkliflərə münasibət bildirdi. Eyni zamanda, müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddialar rədd edildi və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru İŞDƏN ÇIXARILDI

Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru İŞDƏN ÇIXARILDI

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...

Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...

“İndi radiolarda nəinki nadir, heç ortabab səslərə də rast gəlinmir” - Qulu Ağsəslə MÜSAHİBƏ

“İndi radiolarda nəinki nadir, heç ortabab səslərə də rast gəlinmir” - Qulu Ağsəslə MÜSAHİBƏ

Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

“Qarabağ” bu legionerlə müqaviləni UZATMAYACAQ

“Qarabağ” bu legionerlə müqaviləni UZATMAYACAQ

Ağır ürək əməliyyatı keçirən Mirkamil uzun müddətdən sonra ilk dəfə GÖRÜNTÜLƏNDİ – VİDEO

Ağır ürək əməliyyatı keçirən Mirkamil uzun müddətdən sonra ilk dəfə GÖRÜNTÜLƏNDİ – VİDEO

ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib – FOTO

ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib – FOTO

Ötən il 22 erkən evliliyin qarşısı alınıb – RƏSMİ

Ötən il 22 erkən evliliyin qarşısı alınıb – RƏSMİ

Hər gecə dua edirdi - Artıq babası ilə yaşayacaq – VİDEO

Hər gecə dua edirdi - Artıq babası ilə yaşayacaq – VİDEO

İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana DƏVƏT ETDİ

İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana DƏVƏT ETDİ

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən XARİC EDƏCƏK

AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən XARİC EDƏCƏK

İlham Əliyev Neçirvan Bərzani ilə görüşdü – FOTO/VİDEO

İlham Əliyev Neçirvan Bərzani ilə görüşdü – FOTO/VİDEO

Afrikada "yeni okean" yaranır - Qitə tədricən parçalanır

Afrikada "yeni okean" yaranır - Qitə tədricən parçalanır

End of content

No more pages to load

RADİO