Rusiyalı hərbi ekspert İqor Korotçenko öz sosial şəbəkə hesablarında Fransada prezidentliyə namizəd olan Valeri Pekresin Qarabağa qanunsuz səfərinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Korotçenko Azərbaycanın Fransanı maddi cəhətdən cəzalandırması gərəkdiyini bildirib.
“Madam Pekresin “arxa qapıdan” Qarabağa səfərinə görə, diplomatik və siyasi reaksiyadan savayı, Azərbaycan Fransanı maddi cəhətdən də cəzalandırmalıdır.
Rəsmi Bakı müxtəlif layihələrdən yüksək gəlir qazanan bir neçə fransız şirkətini ölkədən qovmalıdır. Yalnız belə olan halda Fransadakı prezidentliyinə namizədlər artıq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa cəsarət etməyəcək” – deyə rusiyalı ekspert qeyd edib.
Bizim.Media