Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsi tələb edilsin - BƏYANAT

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədikləri ilə bağlı bəyanat yayıb.

Bizim.Media-nın xəbərinə görə, bəyanatda deyilir:

"Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama edilmişdir.

Bu tərzdə edilən açıqlama diplomatiya ənənələrinə tam ziddiyyət təşkil etməklə yanaşı, Fransanın bəzi hökumət və bir sıra parlament nümayəndələrinin cinayət xarakterli əməllərini ört-basdır etməyə yönəlmiş bəyanatdır.

Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottiyə təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərməsi ilə bağlı sərt cavab verilməməsi və ona həddinin bildirilməməsi bunu sübut edən amillərdən biridir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar öz haqlı mövqeyini bildirib.
Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təməl prinsiplərinə bu cür etinasız münasibət qəbuledilməzdir və buna sərt reaksiyanın verilməsi təbii haldır, tam məntiqlidir və düzgündür.

Fransada keçiriləcək prezident seçkilərində namizəd olan xanım Pekressin seçiciləri cəlb etməyə yönələn bu səpkili cəhdləri hər zaman beynəlxalq hüquq prinsiplərinə böyük əhəmiyyət verən Azərbaycanla münasibətlərə zərbə vurmaqla yanaşı, həm də Qafqaz regionunun sabitliyini və inkişafını da pozmağa yönəlmiş təxribatçı addımdır.

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 2021-ci il dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə konstruktiv görüşündən sonra nazir Lö Drianın hökumət nümayəndəsi kimi bu cür bəyanatı öz hökumət başçısının apardığı siyasətə tam qarşıdır.

Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının əsassız və kobud şəkildə şərh edilməsi qətiyyən qəbuledilməzdir.

Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kəsə sirr deyil. Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran sənədlər qəbul etmişdir. Bu cür hallar Fransa hökuməti tərəfindən pislənməli və aradan qaldırılmalı olduğu halda, əksinə onlar bu təxribatları dəstəkləyir və ört-basdır etməyə çalışırlar.

Azərbaycan hökuməti hər zaman olduğu kimi, öz ərazi bütövlüyünü və suveren hüquqlarını müdafiə edəcək, dövlət sərhədlərinin təhlükəsizliyinin və toxunulmazlığının qorunması isə ali vəzifəmiz olaraq qalacaq.

Azərbaycan Parlamenti isə Prezidentimizin bu istiqamətdə gördüyü işlərə hər zamankı kimi bundan sonra da dəstək verərək Fransa Parlament üzvlərini beynəlxalq qanunları kobud şəkildə pozan cinayət xarakterli bu cür əməllərə son qoymağa çağırır.
Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tövsiyə edirik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Driana müraciət ünvanlayaraq, onun diplomata yaraşmayan açıqlamasını təkzib etməsi və Azərbaycan Respublikasının Prezidentindən üzr istəməsi tələb edilsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru İŞDƏN ÇIXARILDI

Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru İŞDƏN ÇIXARILDI

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...

Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...

“İndi radiolarda nəinki nadir, heç ortabab səslərə də rast gəlinmir” - Qulu Ağsəslə MÜSAHİBƏ

“İndi radiolarda nəinki nadir, heç ortabab səslərə də rast gəlinmir” - Qulu Ağsəslə MÜSAHİBƏ

Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

“Qarabağ” bu legionerlə müqaviləni UZATMAYACAQ

“Qarabağ” bu legionerlə müqaviləni UZATMAYACAQ

Ağır ürək əməliyyatı keçirən Mirkamil uzun müddətdən sonra ilk dəfə GÖRÜNTÜLƏNDİ – VİDEO

Ağır ürək əməliyyatı keçirən Mirkamil uzun müddətdən sonra ilk dəfə GÖRÜNTÜLƏNDİ – VİDEO

ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib – FOTO

ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib – FOTO

Ötən il 22 erkən evliliyin qarşısı alınıb – RƏSMİ

Ötən il 22 erkən evliliyin qarşısı alınıb – RƏSMİ

Hər gecə dua edirdi - Artıq babası ilə yaşayacaq – VİDEO

Hər gecə dua edirdi - Artıq babası ilə yaşayacaq – VİDEO

İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana DƏVƏT ETDİ

İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana DƏVƏT ETDİ

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən XARİC EDƏCƏK

AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən XARİC EDƏCƏK

İlham Əliyev Neçirvan Bərzani ilə görüşdü – FOTO/VİDEO

İlham Əliyev Neçirvan Bərzani ilə görüşdü – FOTO/VİDEO

Afrikada "yeni okean" yaranır - Qitə tədricən parçalanır

Afrikada "yeni okean" yaranır - Qitə tədricən parçalanır

End of content

No more pages to load

RADİO