"ABŞ-ın birtərəfli qaydada Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələri, təhlükəsizlik qüvvələrimizə təsir etməyəcək”.
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, ABŞ-ın sanksiya qərarı müttəfiqlik ruhuna ziddir.
Dəmir bu sanksiyanın onların fəaliyyətinə ciddi əngəl törətməyəcəyini söyləyib:
“Bizim qurum alqı-satqı yox, layihə həyata keçirir. Birbaşa ixrac etmək səlahiyyətimiz yoxdur. Bizim işimiz müdafiə sənayesi şirkətləri üzərindən icra olunur. Yəni bu sanksiyanın bizə əsaslı təsiri olmayacaq. Amma bu o demək deyil ki, biz dayanacağıq, əksinə biz daha aktiv fəaliyyət göstərəcəyik”.
Direktor qeyd edib ki, Rusiyadan aldıqları S-400 öz sinfində 1 nömrəli hava hücumundan müdafiə sistemidir.
Bizim.Media