''Müşahidə məntəqələri Dağlıq Qarabağ bölgəsinə çox yaxın nöqtələrdə yerləşəcək''.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, müşahidə nöqtələri Azərbaycanın müəyyən etdiyi yerlərdə qurulacaq.
“Müşahidə məntəqələri Dağlıq Qarabağ bölgəsinə çox yaxın nöqtələrdə yerləşəcək. Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə qeyd olunub ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq”,- deyə Çavuşoğlu qeyd edib.
Bizim.Media