İran ABŞ Prezidenti Donald Trampın seçkilərdəki məğlubiyyətindən məmnundur.
Bizim.Media xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani televiziyada çıxışı zamanı deyib.
Ruhani Trampı cinayətkar və terrorçu adlandırıb:
“Bəziləri Co Baydenin hakimiyyətə gəlməsindən ruhlandığımızı söyləyirlər. Bu belə deyil, amma Trampın getməsindən çox məmnunuq. Tramp cinayətlər törədib, insanları öldürüb, terrorçu olub və hətta İrana peyvənd gətirilməsinə mane olub”,- deyə Ruhani bildirib.
O bildirib ki, amerika xalqının Baydenə verdiyi səs qanunların riayət olunmasına xidmət edir.
Bizim.Media