İlham Əliyev Hillari Klintonun dəvətini niyə qəbul etməyib? – Zahid Oruc AÇIQLADI

“Türkiyə dövləti Amerikadakı keçmiş səfiri, təcrübəli diplomat Sərdar Kılıcı Ermənistan üzrə xüsusi nümayəndəsi təyin edib. Ardınca İrəvan da danışıqlar üzrə öz təmsilçisini rəsmən açıqlayıb. Verilən tarixi qərarların Vətən müharibəsinin birbaşa nəticəsi olduğu hamıya bəllidir, deməli, region təkcə siyasi, iqtisadi və təhlükəsizlik baxımından deyil, eləcə də Türkiyəyə qarşı daim silaha çevrilən “erməni layihəsi”nin bağlanmasına fürsət açır. Göründüyü kimi, hərbi Zəfərimiz tarixi düşmənçiliyə son qoya, ermənilərlə türk dünyası arasında yeni eranın başlanmasına səbəb ola bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən qış sessiyasının son iclasında deyib. 

O qeyd edib ki, Türkiyə-Ermənistan açılımı düz 12 il qabaq Ankara və İrəvan arasında barış yaratmağa çalışan və Sürix prosesi adlandırılan hadisələri təkrar yada salır.

“O illər bilavasitə məxfi danışıqlarda iştirak edən sabiq nazir Edvard Nalbandyan ötən həftə böyük məqalə ilə çıxış edib. O gizlətmir ki, Sürix protokolları Türkiyəni Azərbaycandan ayırmağa, bölgədə işğalı qoruyub saxlamağa xidmət edirdi və planın müəllifləri Amerika, Fransa, İsveçrə və Avropa Birliyi hətta Rusiyanı da ram etmişdilər. Lakin Azərbaycan dövlətinin sərt müqaviməti bütün ssenariləri pozdu.
 

O vaxt dövlət katibi xanım Klinton prezident İlham Əliyevi sərhədlərin açılmasına razılıq verməyə çağırmışdı, lakin dövlət başçısı bütün risklərə və təzyiqlərə baxmayaraq, görüşdən imtina etdi. Bununla da iki qardaş ölkə arasında parçalanmaya xidmət edən avantüra baş tutmadı”.


Deputat qeyd edib ki, Azərbaycanı qələbəyə aparan yol həm də Sürix prosesi və digər diplomatik tələlərə zərbə vurulmasından keçir.

“Bakı ilə ədalətli sülh müqaviləsi həm də Ermənistana öz gerbindən Ağrı dağını çıxarmağa, genosid və ərazi iddialarını bir kənara qoymağa məcbur edir. Əlbəttə, hamı yaxşı başa düşür ki, sülh razılaşması tarixən düşmənçilikdən qazananlara, o cümlədən dünya erməniliyinə, onların siyasi biznesinə zərbə vurur. Lakin alternativ yol əbədi müharibədir. Ona görə də Sürix sənədlərinin adını dəyişdirib onu “Əliyev protokolları” kimi İrəvanda ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar!”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma - Xəsarət alan var

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

End of content

No more pages to load

RADİO