Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə uçub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, festivalın keçirildiyi ərazidə quraşdırılan taxta kölgəlik insanların üzərinə aşıb.
İlkin məlumata görə, hadisə zamanı 3-4 nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərilib, onların Gəncədə xəstəxanalardan birinə gətirildikləri bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu