Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefonla danışıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, baş nazirlər iqtisadi-ticari əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Həmçinin, əhalinin koronavirusa qarşı vaksinasiyasından danışılıb.
Telefon danışığı zamanı Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına da toxunulub.
Bununla bağlı Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilib.
Bizim.Media