İlham Əliyev MİDA-nın inşa etdiyi mənzillərlə tanış oldu - YENİLƏNİB-FOTO/VİDEO

Dekabrın 29-da Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksindəki mənzillərlə tanış olub.

Başa çatmaqda olan 2021-ci ilin son iş günlərindəyik. Amma bu o demək deyil ki, dövlət tədbirlərinin keçirilməsində hər hansı ixtisar var.

Onu da nəzərə almaq lazımdır ki, təkcə dekabr ayında Prezidentin gündəlik fəaliyyət xronikasında 12 rəsmi qəbul, Quba, Hadrut və Şuşa olmaqla 2 region səfəri, Belçika və Rusiyaya xarici səfərlər daxildir. Hava və avtomobil yolları ilə qət edilən ümumi məsafə isə 15 min kilometrdən artıqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən amillərdən biri gərgin iş qrafikinə rəğmən, görülən işlərlə yerindəcə tanış olmaqdır. Bu amil xüsusilə sosial layihələrdə özünü daha qabarıq büruzə verir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il tarixli Fərmanına əsasən, 20 il və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar. İndiyədək 2208 hərbçi bu təşəbbüsdən faydalanıb.

Yeni 2022-ci ili daha 130 hərbçi ailəsi öz mənzilində qarşılayacaq. Onlardan 48-i Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillə təmin edilib.

Dövlətimizin başçısı Hövsan Yaşayış Kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev MİDA-nın Yasamal Yaşayış Kompleksinə gəldi. Bu kompleksdə isə 82 hərbçi ailəsinə mənzil verilib. Dövlətimizin başçısı mənzillərə baxdı.

Mənzillər tam təmirlidir, mətbəx mebeli ilə təchiz olunub. Azərbaycan belə dövlət proqramının icra edildiyi nadir ölkələrdəndir.

Ümumiyyətlə, ölkəmizdə ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində təqdim olunan növbəti mənzillər bunun əyani təsdiqidir.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma - Xəsarət alan var

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

End of content

No more pages to load

RADİO