Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib. Türkiyəli diplomat gələn ilin mart ayında təşkil olunacaq Antalya Diplomatiya Forumuna dəvət məktubunu nazir Ceyhun Bayramova təqdim edib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tərəflər iki ölkə arasında ən yüksək səviyyədə inkişaf edən qarşılıqlı əməkdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Bizim.Media