“Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasına, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə böyük töhfə verib”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin dərc etdiyi 2021-ci ilin əsas xarici siyasət nəticələrində deyilir.
Qeyd edilir ki, dekabrın 10-da Moskvada “3+3” formatında (üç Cənubi Qafqaz dövləti – Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin üç qonşu ölkə – Rusiya, Türkiyə, İran) Məşvərət Regional Platformasının açılış iclası keçirilib. Hələlik tədbirdə Gürcüstan iştirak etməyib.
Bizim.Media