“Azərbaycan tərəfi öz mövqeyini bildirib. Biz danışıqlara hazırıq”.
Bizim.Media xəbər verir ki, Xarici İşlər Naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında “Azərbaycanla Ermənistan arasında sərhədin delimitiasiyası üçün işçi qrupun yaradılması nə vaxta planlaşdırılır?” sualını cabalandırarkən bildirib.
“Konkret tarixi deməkdə çətinlik çəkirəm. Bununla bağlı tərəflər müzakirə aparıb qərar verməlidirlər.
Düşünürük ki, qarşı tərəf də bunun qaçılmaz olduğunu, ümumilikdə beynəlxalq norma və prinsiplərə uyğun olduğunu, dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin alternativi olmadığını anlayaraq, yaxın zamanlarda müsbət cavab verəcək. Üçtərəfli Soçi bəyanatında bu məsələ də öz əksini tapıb”, - deyə nazir əlavə edib.
Bizim.Media