“Biz Avropa İttifaqının (Aİ) regiona marağının artdığını görürük”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında Aİ-nin post münaqişə dövründə Azərbaycanla münasibətlərindən danışarkən deyib.
“Ölkəmizə və bölgəyə çoxsaylı səfərlər, çoxsaylı görüşlər bunu deməyə əsas verir. Azərbaycan və Aİ arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib.
Aİ və Azərbaycan arasında ikitərəfli saziş üzrə danışıqlar davam edir. Bu il bu sazişlə bağlı fikir ayrılıqları minimuma endirilib. Hesab edirik ki, 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”, - deyə nazir əlavə edib.
Bizim.Media