“Uzun boylu, ağıllı, incə yumorlu, zarafatcıl, hazırcavab, çox layiqli və ədalətli insan. Görüşlərimizi belə sevinclə xatırlayıram və həqiqətən də onların davam edəcəyinə ümid edirəm, çünki ünsiyyət qurmağı çox xoşlayıram”.
Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı rejissor, prodüser, Oskar mükafatı laureatı Nikita Mixalkov Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibəti ilə "Moskva-Bakı" portalına açıqlamasında səsləndirib.
“Və həqiqətən ümid edirəm ki, biz hələ də yaxşı zarafatlarla və ya maraqlı hadisələrlə ilə bir-birimizi sevindirəcəyik”.
Bizim.Media