Millət vəkilləri Ali Baş Komandan, Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik ediblər və Prezidenti ayaq üstə alqışlayıblar.
Bizim.Media xəbər verir ki, bu gün Milli Məclisin keçirilən plenar iclası zamanı parlament üzvlərinin adından spiker Sahibə Qafarova çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyevin 60 yaşına - 60 FAKT
O, Prezident İlham Əliyevin keçdiyi həyat yolundan, siyasi fəaliyyətindən danışıb. İlham Əliyevin sayəsində Azərbaycanın dünyada qazandığı uğurlardan söz açan spiker Ali Baş Komandana Azərbaycan xalqına qazandırdığı qələbə, zəfər üçün təşəkkür edib.
Sahibə Qafarovanın təbriklərinə millət vəkilləri də qoşulub. Deputatlar ad günü münasibətilə Prezidentə məktub yazıblar.
Vüsalə Balayeva, Bizim.Media