Prezident İlham Əliyevin 60 yaşına - 60 FAKT

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Bu gün onun 60 yaşı tamam olur.

Bizim.Media Prezident İlham Əliyev haqqında 60 faktı təqdim edir:

1. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 

2. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) oxuyub. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

3. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

4. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

5. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

6. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

7. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

8. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

9. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

10. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

11. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

12. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 

13. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

14. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 

15. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

16. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

17. Evlidir. Üç övladı var.

18. Çoxsaylı orden və mükafatlarla təltif edilib.

19. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının sədridir.

20. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatı kimi formalaşmasında əvəzsiz xidmətləri var.

21. Türk Dünyasının Ali Ordeni ilə təltif olunub.

22. Azərbaycana Qarabağ savaşında qələbə qazandıran ilk və yeganə Prezidentdir.

23. Kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olub.

24. Regionda yeni reallıqlar yaradıb.

25. 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışıb. 

26. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: 

“Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida”.

27. Beləliklə ötən ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi xalqa qələbə və Qarabağ sevincini yaşadıb.

28. Xalqımızın müdafiəsində dayanan Prezident 2020–ci ilin oktyabrın 4–ü xalqa müraciətində bu məsələlərə toxunaraq qeyd edib: 

“Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir”.

29. Bir ildən çox müddətdə Prezident İlham Əliyevin Şuşa səfərləri “Miatsum” ideoloqları və ümumilikdə erməni işğalçılığına dağ çəkib. Çünki Şuşa azad olunub.

30. 44 günlük savaşda Prezident İlham Əliyevin döyüş komandanları ilə birbaşa telefon bağlantısı qurub tapşırıqlar verdiyi barədə məlumatlar var. 

31. Şuşanın qəfil azad olunması əmri də məhz bu cür verilib.

32. İki erməni liderini döyüş qələbələri ilə diz çökdürüb: 2016-cı ildə Serj Sarkisyan və 2020-də Nikol Paşinyanı.

33. İkinci Dünya müharibəsindən sonra formalaşmış hazırkı beynəlxalq münasibətlər sisteminin tamam olduğu təxminən 65 il ərzində BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü çıxmaq şərti ilə dünyada heç bir dövlət müharibədə öz məqsədinə çatmayıb. Azərbaycan bu tilsimi sındıraraq bir çox dövlətlər üçün örnək olduğunu, beynəlxalq hüquq və ədalətin bərpa edilməsinin vacibliyini sübut edib. 

34. Onun diplomatik uğurlarına həsədlə baxan liderlər var.

35. II Qarabağ savaşında demək olar ki, hər gün dünyanın ən say-seçmə KİV-nə müsahibə verib.

36. ABŞ və Fransa telekanallarının bəzi təxribatçı suallarına elə cavablar verib ki, həmin ölkələrin canına vəlvələ düşüb.

37. Azərbaycan Xəzər–Qafqaz regionunda mühüm oyunçudur. Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkə MDB-də yeganə uğurlu çoxvektorlu xarici siyasət aparan dövlət nümunəsidir. Keçmiş SSRİ respublikalarından heç biri həm Rusiya, həm Avropa İttifaqı, ABŞ, həm də İsrail və İranla eyni vaxtda bərabər münasibət qura bilmir. Prezident İlham Əliyev isə bunun da öhdəsindən gəlir.

38. İlham Əliyev ötən 3 ildə ciddi kadr dəyişiklikləri aparıb.

39. O, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi istiqamətində qurmaları ilə bağlı qəti tapşırıqlar verib.

40. Kadr islahatları ilə hər sahədə şəffaflığa nail olmaq istəyib və tutduğu vəzifədən asılı olmayaraq korrupsiyaya bulaşmış rüşvətxor məmurların hamısı cəzalandırılıb.

41. 2019–cu ilin noyabr ayının sonunda Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və başladılan dialoq o deməkdir ki, Azərbaycan hakimiyyəti ayrı-ayrı qrupların, partiyaların, vətəndaş cəmiyyəti institutlarının siyasi proseslərdə fəal rol oynamasında maraqlıdır, onların fikir və istəklərinin nəzərə alınmasını qarşısına məqsəd qoyub.

42. Prezidentin iqtisadi islahatları nəticəsində Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı "Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2020-ci ilədək 69-cu yerdən 34-cü yerə yüksəlib. 

43. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər görüb.

44. Ötən dövrdə respublikamızın tranzit imkanlarının reallaşması üçün digər iri layihələr də uğurla reallaşdırılıb. Bu baxımdan Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi önəmlidir. 

45. 2021–ci ildən başlayaraq İtaliyanın Azərbaycanın maye qazından istifadəyə başlaması artıq qoca qitənin bəzi dövlətlərinin gələcəkdə daha çox Azərbaycanın enerji sahəsində tərəfdaşı olmasına gətirib çıxaracaq.

46. Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanla Türkmənistanın yataq mübahisələri “Dostluq”a çevrilib. 

47. 1920-ci ildən bu yana Zəngəzur dəhlizinın açılmasına nail olmağa ən yaxın olan insandır.

48. 4 saat ərzində çoxsaylı yerli və əcnəbi jurnalistlərin suallarına müxtəlif dillərdə cavab verən yeganə liderdir.

49. Xalq arasında sosial şəbəkə hesabları ən çox izlənilən şəxsiyyətdir. 

50. Onun bəyanatları insanlar arasında lozunqa, şüara, aforizmlərə dönüşüb:

“Qarabağ Azərbaycandır!” “Noldu Paşinyan” “İti qovan kimi qovacağıq” və s.

51. Erməniləri kapitulyasiyaya imza atdıran yeganə azərbaycanlıdır.

52. Azərbaycan ən müstəqil siyasətini məhz İlham Əliyevlə yürütməkdədir. Nümunə kimi, Moskva və Soçidə Putin, Brüsseldə Yens Stoltenberq, Şarl Mişel, Makron və Paşinyanla üçtərəfli, ikitərəfli görüşləri örnək gətirmək olar.

53. Makedoniyalı İskəndər qılıncla “Qordi düyünü”nü açıbsa, Prezident İlham Əliyev “Dəmir Yumruq”la Qarabağ konfliktini həll edib. 

54. Gənclər siyasəti və idmanın inkişafına önəm verir.

55.  Sözü və əməli üst-üstə düşür.

56. Verdiyi bütün vədləri yerinə yetirir.

57. Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyat və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiya­sı sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasında­dır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan nümunəvi dövlətlər sırasında qeyd edilib. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilib və təkrar olunmaqdadır.

58. Prezident İlham Əliyev BMT Baş Məclisinin 76-cı sessi­yası çərçivəsində çıxışı zamanı növbəti unikal təşəbbüslə çıxış edib:

“Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehti­yac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik.”

59. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı daya­nır. Təsadüfi deyil ki, Azərbaycanda minimum əmək haqqı və pensiyaların məbləği vaxtaşırı artırılır. 

60. Prezident İlham Əliyev hər sahədə, hər cəbhədə qazandığı uğur və qələbələrlə xalq-iqtidar birliyini sarsılmaz vəziyyətə gətirən rəhbərdir.

Əslində Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə mühüm faktlar 60 rəqəminə sığmır.

60 kitab belə, azdır. Ona görə də Bizim.Media kollektivi olaraq Prezidentin doğum gününü təbrik edir və ona uzun ömür, can sağlığı arzulayırıq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Bu gündən aeroport yolu BAĞLANIR

Bu gündən aeroport yolu BAĞLANIR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

End of content

No more pages to load

RADİO