Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncam Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq imzalanıb.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin ediliblər.
Zamiq Xudaverdi oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin, Tural Ziyat oğlu Haqverdiyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin, Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin, Mehdi Ədalət oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin, Babək Natiq oğlu Qasımov Ağsu Rayon Məhkəməsinin və Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Bizim.Media