“3+3”ün TÜRKİYƏ TOPLANTISI – Gürcüstan oyuna daxil olur, yoxsa Ermənistan meydandan çıxır?

Regionumuz ölkələrinin iqtisadi əməkdaşlığını inkişaf etdirmək məqsədilə yaradılan “3+3” platformasının növbəti toplantısı Türkiyədə keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlaması zamanı məlumat verib.

MÖVZU İLƏ BAĞLI:

“3+3” formatında İLK GÖRÜŞ – Moskvada nələr müzakirəyə çıxarılacaq?

Eyni zamanda türkiyəli nazir ilk görüşdən fərqli olaraq, bu dəfə Gürcüstanın da toplantıda iştirak edə biləcəyini qeyd edib.

Platforma çərçivəsində 2-ci görüşlə bağlı Ermənistan mətbuatının iddiaları isə bir qədər fərqli olub. Belə ki, rəsmi İrəvanın Ankarada keçiriləcək toplantıda iştirakdan imtina edə biləcəyi ilə bağlı ehtimal önə sürülüb. İddiaya əsas səbəb kimi rəsmi İrəvandan Ankara görüşü ilə bağlı hələlik heç bir rəsmi açıqlamanın olmaması qeyd olunub.

Ümumilikdə, qeyd etməliyik ki, Gürcüstan və Ermənistanın mövqeyi ilə bağlı sözügedən nüanslara ayrı-ayrılıqda nəzər salmağa ehtiyac var:

1. İlk iclasa getməkdən imtina etməsinə baxmayaraq, Gürcüstanın 2-ci iclasda iştirak etməsi ehtimalı yüksəkdir. Bunun isə iki əsas səbəbi var:

Birincisi, Tiflisin “işğalçı” kimi tandığı Rusiyada keçirilən toplantıya qatılmaması təbii idi. Lakin Gürcüstan-Türkiyə münasibətlərində bu cür mənfi nüanslardan söhbət belə gedə bilməz.

İkincisi, Gürcüstanın özünün də “3+3”ün iştirakçıları ilə əməkdaşlığında mühüm irəliləyişlər mövcuddur.

Xüsusilə, İran-Azərbaycan-Gürcüstan marşrutu ilə beynəlxalq daşınmalarla bağlı razılaşmanın əldə olunması, eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyanın iqtisadi münasibətlərin müzakirə olunması üçün Gürcüstana səfər etməsi kimi nüanslar, rəsmi Tiflisin mövqeyində müəyyən dəyişikliklər yarada bilər.

2. Ermənistanın “3+3”ün növbəti iclasında iştirakdan imtina etməsi inandırıcı görünmür.

Çünki, ilk növbədə, Ermənistan regional layihələrdən kənarda qalmamaq üçün “3+3” formatına aktiv diqqət yetirməyə məcburdur. Xüsusilə də, Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun çəkilməsinə razılığın əldə olunduğu bir vaxtda.

İkinci önəmli nüans isə, Türkiyə-Ermənistan münasibətlərində normallaşmanın yüksək templə davam etməsidir. Əgər, İrəvan Ankaranın öncüllərindən biri olduğu regional platforma çərçivəsində keçiriləcək iclasdan boyun qaçırarsa, bu, prosesə ciddi zərbə vura bilər. Lakin Ankara ilə münasibətlərdə ehtiyatlı mövqeyi ilə seçilən Paşinyan hökumətinin bu cür strateji xətaya yol verməsi real görünmür.

Ehtimal olunur ki, Ankaranın moderatorluğu ilə keçiriləcək ikinci iclasda platformanın işi çərçivəsində daha önəmli məsələlər müzakirəyə çıxarılacaq. 

Çünki...

1. İlk görüş təsis xarakteri daşıdığından, daha çox ümumi müddəlar müzakirəyə çıxarılmışdı.

2. Gürcüstanın iştirakı ehtimalının yüksək olması, “3+3”ün tam tərkibdə iclasını mümkün edəcək. Bu da daha real addımların atılmasına imkan yaradacaq.

3. Türkiyənin həmtəsisçisi olduğu platformaya ev sahibliyi edəcəyini də nəzərə alsaq, Ankaranın iclasın maksimum nəticəyə hesablanmış şəkildə təşkil edilməsində maraqlı olacağını proqnozlaşdırmaq elə də çətin deyil.

Nəticə olaraq qeyd edə bilərik ki, “3+3” formatının iştirakçılarının Ankara iclası yeni regional platformanın gələcəyi ilə bağlı mühüm əhəmiyyət kəsb edəcək.

Xüsusilə də, yeni platformanın region üçün nə vəd edəcəyi və bölgə aktorlarının gələcək əməkdaşlıqlarının ümumi mənzərəsinin Ankarada bəlli olması ehtimalları yüksəkdir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Bu gündən aeroport yolu BAĞLANIR

Bu gündən aeroport yolu BAĞLANIR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

End of content

No more pages to load

RADİO