"Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi qəbul edilib.
Bizim.Media xəbər verir ki, yeni dəyişikliyə görə, diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclis Maliyyə Nazirliyi ilə bağlı qanun layihəsini TƏSDİQLƏDİ
Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.
Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.
Vüsalə Balayeva, Bizim.Media