İlham Əliyevin İtaliya mətbuatına müsahibəsindən 10 önəmli MESAJ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.

Bizim.Media xəbər verir ki, İlham Əliyevin açıqlamaları bir sıra mühüm mesajlarla yadda qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qaz hasilatı və ixracını artıracaq? - İlham Əliyev AÇIQLADI


Prezidentin müsahibəsindən 10 mühüm mesajı sizə təqdim edirik:

1. Brüssel görüşündə Ermənistanla razılıq əldə olundu ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək.

2. Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik.

3. Bizim hesablamalara görə Qarabağda 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz.

4. Avropa Komissiyası gərək özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. 

5. İndi Avropa təsisatlarında daha aydın təsəvvür var ki, insan hüquqları və media azadlığına dair problemlərin olması təəssüratı şişirdilib. Çünki Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. 

6. Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdilər. Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi. 

7. Sözsüz ki, bizim qaz strategiyamız çox aydın və açıq olub. Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox iş gördük, tərəfdaşlarla birgə işlədik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. 

8. Azərbaycanın Avropaya qaz ixracını artırması məsələsi Rusiya lideri ilə heç vaxt yüksək səviyyədə müzakirə olunmayıb. Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi. İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik. Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. 

9. Biz neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşuq. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. 

10. İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Bu gündən aeroport yolu BAĞLANIR

Bu gündən aeroport yolu BAĞLANIR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

End of content

No more pages to load

RADİO