Prezident: "Azərbaycan xalqı Minsk qrupunun səfərlərindən yorulmuşdu"

“Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdilər”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Dövlət başçısı bildirib ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı düşüncələri Azərbaycan xalqının fikrindən fərqlənmir:

“Bu, uğursuzluq idi. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?”.

Prezident İlham Əliyev, “Sözünüzü kəsdiyimə görə, üzr istəyirəm. Madrid prinsiplərindən başlayaq. Lakin bu, uzun dövrdür” sualına cavabında isə qeyd edib ki, Madrid prinsipləri 10 il əvvəl idi. Onlar isə 1992-ci ildə fəaliyyətə başladılar:

“Mənim qeyd etdiyim üç aparıcı ölkə isə bundan bir neçə il sonra həmsədr oldu. Lakin istənilən halda, 20 ildən çox fəaliyyət göstəriblər, nəticə sıfra bərabər olub. Bəs, niyə? Bəlkə də ona görə ki, siz qeyd etdiyiniz kimi, status-kvo onlar üçün qəbuledilən idi. Buna baxmayaraq, sizə deyə bilərəm ki, müəyyən mərhələlərdə, hətta Minsk qrupu həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində müsbət bəyanatlar var idi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, bizi çox ümidləndirirdi. Lakin əfsuslar olsun ki, heç bir hərəkət yox idi. Bu, çox sadə idi. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Biz bilirik ki, müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndən sonra tamamilə iflic oldu. Bu, o demək idi ki, danışıqların sonudur. Çünki əgər Ermənistan “Qarabağ Ermənistandır” deyirsə, nə barədə danışmaq olar? Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi. Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:14 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:14 fevralda baş vermiş tarixi hadisələr

“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo

“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Bu gündən aeroport yolu BAĞLANIR

Bu gündən aeroport yolu BAĞLANIR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

End of content

No more pages to load

RADİO