Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana yola düşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.
Bizim.Media