Metyu Brayzanın dostu ŞƏHİD Allahverdi Babayev - FOTO

0:00
0:00

Bu gün danışacağımız qəhrəman ABŞ-ın Azərbaycandakı keçmiş səlahiyyətli səfiri Metyu Brayzanın dostu şəhid Allahverdi Babayevdir. 

Qısa müddət ərzində Amerika Səfirliyinin Diplomatik əməkdaşları ilə əsl dostluq əlaqələri yaradan Allahverdini Metyu Brayza qeyri adiliyinə görə çox bəyənirdi.

O, hətta amerikalı rəsmilələrlə beysbol idman növündə dostluq mübarizəsinə də qatılıb. Allahverdinin şəhid düşməsi xəbərini alan kimi cənab Brayza həm sosial şəbəkədə onun haqqında xoş xatirələrini və kədərlərini paylaşır. Daha sonra isə şəhid qəhrəmanın ailəsi ilə əlaqə yaradaraq onlara şəxsən baş sağlığı verir.
 

Allahverdi ürəkləri bu cür fəth etmişdi... Onda olan vətən sevgisi isə onun bütün varlığını fəth etmişdi...


Şəhid qəhrəmanı daha yaxından tanımaq üçün Bizim.Media bu gün onun yaşadığı evin qapısı döyüb, atası Ələt Babayev ilə həmsöhbət olub.

Söhbət zamanı öyrənirik ki, o, Vətən müharibəsində xidmətdən artıq hərbi qulluqçu olaraq kiçik çavuş rütbəsində döyüşlərin ən ağır anlarında qəhrəmanlıq göstərib. Atası danışdıqca Allahverdinin necə mənalı və unudulmaz bir ömrə sahib olduğunun şahidi oluruq. 

Allahverdi Mingəçevir İslam Unversitetini bitirsə də öz peşəsinin arxasınca gedib ixtisası üzrə işləməkdən birmənalı şəkildə imtina edir. 

Atası onunla bağlı xatirələrini yada salır:

"Ailəm dini dəyərlərə çox bağlıdır. Bu mənada Allahverdi də özünə dini təhsili seçmişdi. İslam Universitetinin məzunu olsa da ixtisası üzrə çalışmaqdan imtina etdi, hətta mənim israrlma da məhəl qoymadı. Bir gün mənə dedi ki, “ata, bağışla, bu ixtisas mənlik deyil. Süni-şiə məsələsi mənim ruhuma heç yatmır, bu bölücülükdən ürəyim bulanır”.
 

Allahverdi Babayev yeniyetmə və gənclik dövründə ictimai fəallığı ilə seçilib. Gənclər təşkilatlarının fəallarından və fərqli müasir xidmət  könüllülərindən olub Qardaşı Süheyil Babayev danışır ki, Allahverdi çox istiqanlı, fəal və ünsiyyətcil bir oğlan idi. 


Onun döyüş yolu...

Allahverdi Babayevin döyüş yoluna nəzər saldıqda isə əsl qəhrəmanlıq dastanını  xatırlamaq olar.

O, ilk dəfə aprel döyüşlərinin iştirakçısı olub və orada düşmənin mənfur gülləsinə tuş da gəlib. Vətən müharibəsi zamanı Talış, Suqovuşan istiqamətində gedən ən ağır döyüşlərin iştirakçısı olan Allahverdi piyadaların döyüş maşınında tuşlayıcı qismində düşmən səddinin yarılmasında böyük hünər göstərib. 

Döyüş yoldaşlarının xatirələri...

“Allahverdi o dərəcə cəsarətli və peşəkar oğul idi ki, ağır düşmən atəşi altında zirehli maşından düşüb minaxtaran vəzifəsini də yerinə yetirirdi. O, dəfələrlə döyüş maşınının yolundakı minaları şübhələndiyi anlarda şəxsən özü  onu təmizləyərək zərərsizləşdirib. Elə şəhidlik məqamına da bu cür qəhrəmanlıq göstərdiyi anların birində çatıb.

Allahverdi manevr edib ərazini dəyişdiyi zaman yaxın səngərdə yaralı və köməksiz əsgərimizin olduğu xəbərini alır. Yaxınlıqdaki döyüşçü yoldaşlarına israrla “Sizin ailəniz övladlarınız var, siz dayanın. Mən subayam və bu işi özüm görəcəyəm deyərək üzü səngərə tərəf gedir. Allahverdi ora çatıb yaralı əsgəri xilas etsə də özü düşmənin mənfur atəşinə tuş gəlir.
 

Həmin gün Allahverdi həyatdan xatirələrimizə, qəlblərimizə həmişəlik köç etdi. O, ən uca məqama, şəhidlik zirvəsinı ucaldı, məgər ki, bu illər ərzində Allahverdi elə o zirvəyə yol alıbmış”. 


Allahverdi Babayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda ", " Cəsur döyüşçü" və "Suqovuşanın azadlığı uğrunda " medalları ilə təltif olunub.

Ehtiram Muradov, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:14 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:14 fevralda baş vermiş tarixi hadisələr

“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo

“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Bu gündən aeroport yolu BAĞLANIR

Bu gündən aeroport yolu BAĞLANIR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

End of content

No more pages to load

RADİO