Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı 1926-cı il xəritəsi necə hazırlanıb? – DETALLAR 

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin hansı xəritələr əsasında aparılması müzakirə predmeti olaraq qalmaqdadır. Əsasən müzakirə olunan xəritələr 1920-ci illərin əvvəlləri, 1975-ci il və 1991-ci ildə BMT tərəfindən rəsmən tanınmış xəritələrdir.

Son olaraq isə, Ermənistan tərəfindən delimitasiyanın 1926-cı ilin sovet xəritələri ilə aparıla bilməsi məsələsi ortaya atılıb.

Belə ki, hakim partiyanın deputatı Arman Eqoyan Rusiyanın Ermənistana müxtəlif xəritələr təqdim etdiyini qeyd edib. Bundan əlavə, erməni deputat rəsmi İrəvanın delimitasiya prosesində Ermənistan SSR-in 1926-cı il xəritəsinə istinad etdiyini bildirib.

Bizim.Media-nın apardığı araşdırma nəticəsində isə, 1926-cı il Ermənistan SSRİ-nin xəritəsi və onunla bağlı tarixi faktları ortaya çıxıb.

MÖVZU İLƏ BAĞLI:

“Artıq sərhəddə sabitliyi proqnozlaşdırmaq olar” – Ekspertdən TƏFƏRRÜAT


Belə ki, həmin xəritəyə nəzər saldıqda xəritənin Ermənistanın maraqlarına tam şəkildə uyğun olduğunu görə bilərik. Xüsusilə də, mübahisə predmeti olan məsələlərdə sözügedən xəritə İrəvanın iddialarını tam şəkildə, hətta artıqlaması ilə təmin edir.

İlk diqqət çəkən nüans, Azərbaycanın eksklav əraziləri ilə bağlıdır. Çünki Qazaxın işğal altında olan kəndləri və Naxçıvanın Kərki kəndi ilə bağlı məlumatın xəritədə tam şəkildə öz əksini tapmayıb. Bu isə, Ermənistan tərəfinə sözügedən məsələni mübahisə predmetinə çevirmək imkanı yaradır. 

Qeyd edək ki, ekslavların açıq şəkildə göstərilməməsinin əsas səbəbi həmin dövrdə Azərbaycanla həmin kəndlər arasındakı ərazilərin kolxozlar arasında bölgüsünün sonrakı dövrlədə aparılmasıdır.

İkinci vacib məqam Naxçıvanla Türkiyə arasında quru sərhədinin xəritədə öz əksini tapmamasıdır. Halbuki, hələ 5 il öncə 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələrində bu məsələ həll olunmuşdu.

Lakin xəritədə ən absurd nüans Laçın rayonunun indi koridor hesab olunan hissəsinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisi kimi göstərilməsidir.

Bu məsələyə bağlı erməni mənbələrinin və o dövrdə xəritələrini şərh edən alimlərin yanaşmaları da maraq doğurur.

İlk olaraq onu qeyd edək ki, 1923-cü il iyulun 7-də DQMV-nin elan olunduğu vaxtda vilayətin ərazisi sonrakı dövrə nisbətdə xeyli kiçik idi. Həmin ayın sonunda isə, Şuşa və keçmiş Ağdərə rayonunun ərazisi də DQMV-yə daxil edilib. Sonrakı dövrlədə, Azərbaycanın digər rayonlarının ərazisinin yeyilməsi hesabına vilayətin sərhədləri daha da genişlənib. 1924-cü ilin noyabrın 26-da 201, 1925-ci ildə isə daha bir neçə kənd DQMV-yə daxil edilib. 

Son olaraq, 1926-cı ildə dərc olunan SSRİ atlasında isə, DQMV-ni Ermənistanla birləşdirən indiki Laçın koridorunun yerləşdiyi ərazi də vilayət daxilində öz əksini tapıb.
Lakin ermənilərin maraqlarını təmin edən xəritə cəmi iki il aktuallığınl qoruya bilib və 1928-ci ilin SSRİ atlasında yazılan şərhdə “DQMV hər tərəfdən sərhədləri Azərbaycan SSR-in tərkibində olan müxtəlif əraziləri təmsil edir” - qeydi öz əksini tapıb. Tomas de Val, Ronald Qriqor Suni və Robert Hevsen kimi alimlər də DQMV-nin yaradıldığı vaxtda vilayətin Ermənistanla birbaşa əlaqəsinin olmadığını bildiriblər.

Lakin o zaman, Laçın rayonu yenə də Azərbaycanın digər əraziləri kimi deyil, 1923-29-cu illərdə mövcud olmuş Qırmızı Kürdüstan Muxtariyyətinin ərazisi kimi əks olunub.

Bu addımın atılması ilə bağlı amerikalı tarixçi Robert Hevsenin ortaya atdığı fərziyyə isə, sonrakı dövrdə ortaya çıxan erməni iddialarının iç üzünü aşkar şəkildə ortaya çıxarıb. Belə ki, alimin fikrincə, Qırmızı Kürdüstanın yaradılmasının səbəbi, sonrakı dövrlərdə Zəngəzurun hər iki hissəsinin Ermənistana verilməsi və nəticədə, DQMV ilə Ermənistanın əlaqələrinin təmin olunmasına nail olmaq imiş.

İndiki vaxtda Ermənistanın iqtidar partiyasından olan deputatının birdən-birə 1926-cı il xəritələrini ortaya atması isə, şübhə doğurmaya bilməz. Bu addımın atılması ilə bağlı əsas ehtimal kimi, İrəvanın sərhədlərin delimitasiyası məsələsini uzatmaq niyyətini ön plana çıxara bilərik. 
Buna baxmayaraq, ovaxtki SSRİ hökumətində təsir gücü böyük olan erməni başbilənlərinin əli ilə çızılmış xəritənin bu günkü gündə hüquqi istinad mənbəyi kimi istifadə olunması, ən az “Böyük Ermənistan” ideyasının özü qədər absurddur.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:14 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:14 fevralda baş vermiş tarixi hadisələr

“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo

“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olundu

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Bu gündən aeroport yolu BAĞLANIR

Bu gündən aeroport yolu BAĞLANIR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

End of content

No more pages to load

RADİO