Bu gün "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsinə dair onlayn formatda dəyirmi masa keçirilib.
Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Türk Dövlətləri Təşkilatına daxil olan qurumların və Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin YUNESKO üzrə Milli Komissiyalarının nümayəndələri, həmçinin dövlət rəsmiləri və elm adamları iştirak edib.
Tədbirdə Azərbaycan tərəfindən səfirlər Həsənov, Vilayət Quliyev, millət vəkili Nizami Cəfərov, xüsusi tapşırıqlar üzrə səfir - YUNESKO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev iştirak və çıxış ediblər.
Çıxışlar zamanı "Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı təşəbbüsün türkdilli dövlətlər üçün mühüm əhəmiyəti vurğulanıb və Azərbaycanın bu təşəbbüsü dəstəklədiyi bildirilib.
Bu təşəbbüsə YUNESKO-da baxılması üçün müvafiq tədbirlərin davam etdirilməsi və bu istiqamətdə türkdilli ölkələrin səylərinin səfərbər edilməsinin vacibliyi qeyd olunub.
Bizim.Media
