Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi haqqında açıqlamasından sonra siyasi gündəmdə bir canlanma baş verib. Hazırda bir çox partiya sədrləri və müstəqil namizədlər parlamentdə oturmaq üçün iddialıdırlar.
Bəs, hansı partiya sədrləri parlamentin boş qalan yerləri üçün keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürəcək?
Bizim.Media olaraq ilk olaraq bu sualla Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə ünvanlayıb.
MÖVZU İLƏ BAĞLI:
Parlamentin boş qalmış yerləri uğrunda KİMLƏR mübarizə aparacaq? - ADLAR
Siyasətçi bu barədə hələ ki, bir konkret fikirlərinin olmadığınə bildirib.
“Bu barədə hələ ki, heç bir fikrimiz yoxdur. Xəbər yeni olduğu üçün bu mövzuda bir partiya olaraq heç bir müzakirə aparmamışıq. Hər halda tezliklə bu məsələni partiya iclasında müzakirəyə çıxarıb öz fikrimizi bildirəcəyik. Qərar qəbul edilərsə, biz də seçkilərdə iştirak edəcəyik”.
Kommunist Partiyasının lideri Rauf Qurbanovun fikrincə isə...
“AKP Respublikanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən partiyalardandır. Ölkəmizdə bütün seçkili orqanlara keçirilmiş seçkilərdə Azərbaycan Kommunist Partiyası özünün namizədləri ilə iştirak edib və bundan sonra da edəcək”.
Komunistlərin lideri bildirir ki, əgər, Parlamentdə boş qalan yerlərə təkrar seçkilər keçirilərsə, mütləq Azərbaycan Kommunist Pariyası həmin seçkilərdə özünü vahid namizədi ilə iştirak edəcək.
Vüsalə Balayeva, Bizim.Media