İlham Əliyev: "Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur"

“Bu tarixi zəfər bizim birliyimizin təcəssümüdür”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev deyib ki, Türkiyə və onun Prezidenti müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib:

“Türkiyə Prezidentinin bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi, eyni zamanda bütün dünyaya bir mesaj idi. Mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kəs mane olmasın, Azərbaycan haqq davasına, Vətən Müharibəsinə başlayıb və Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, həmrəyliyin bir təcəssümü idi. Bu, onu göstərdi ki, Azərbaycan öz davasında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik, uzun illər sürən işğala son qoyduq.

Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi və biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik. Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir.

Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, hər zaman bir-birinin yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tale, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır.

Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir, əzilmiş xalqların mənafelərini müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir. Müstəqillik, mərdlik, cəsarət örnəyidir. Eyni zamanda inkişaf örnəyidir”,- deyə İlham Əliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yanır, sakinlər təxliyə edilir - ANBAAN VİDEO

Bakıda bina yanır, sakinlər təxliyə edilir - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

“Sabah” İngiltərə klubunun futbolçusunu TRANSFER ETDİ

Xaçmazda yeniyetməni MAŞIN VURDU

Xaçmazda yeniyetməni MAŞIN VURDU

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - FOTO

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - FOTO

Millimiz Özbəkistana UDUZDU

Millimiz Özbəkistana UDUZDU

DİQQƏT: Bakının bəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur

DİQQƏT: Bakının bəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur

Yeni həyata başlayacaq BÜRCLƏR: Pul və şəxsi xoşbəxtlik kimin olacaq?

Yeni həyata başlayacaq BÜRCLƏR: Pul və şəxsi xoşbəxtlik kimin olacaq?

“Turan Tovuz” “Zirə”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Zirə”ni məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO