"44 günlük Vətən savaşında qalib olmağımız Qafqazda böyük imkanlar açdı".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumundakı (“Peace4Culture” Partners Forum) çıxışında bildirib.
“Biz azad edilən ərazilərdə Azərbaycan mədəni irsinin dağılmasının şahidi olmuşuq. Bu səbəbdən beynəlxalq təşkilatları ora cəlb etmək istəyirik. Eyni zamanda, YUNESKO-ya müraciət etmişik. YUNESKO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. Azərbaycanın UNESCO-ya üzv seçilməsi bir daha ölkəmizə olan etimadı sübut edir. Biz görürük ki, mədəniyyətlər arasında qarşılıqlı əməkdaşlıq olmalıdır. Xalqımızın digər sivilizasiyalara hörmətini göstərmək istəyirik. Çünki, sülh xalqların birgəyaşayışı üçün çox vacibdir", - deyə Hikmət Hacıyev vurğulayıb.
Səkinə Yusibli, Bizim.Media