HELİKOPTER QƏZALARI – Ən çox hansı səbəblərdən baş verir? - HADİSƏLƏR

30 noyabrda Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları keçirərkən qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bu indiyə qədər Azərbaycanda və dünyada baş verən helikopter qəzalarını bir daha gündəmə gətirib.

Mütəxəssislərin fikrincə, helikopterlər meteoroloji dəyişikliklərə və alçaq hündürlükdən yaranan hava hadisələrinə daha həssasdır.

Bu səbəbdən helikopterlərin yüksək gərginlikli xətlər, ağaclar, binalar və dirəklər kimi maneələrə çırpılaraq qəzaya uğrama riski kifayət qədər yüksəkdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Tarixə “QARA” hərflərlə yazılan “QARA”lı faciələr – TƏSADÜF, yoxsa REALLIQ?


Hərbi ekspertlər isə düşünür ki, helikopter qəzaları əsasən bu səbəblərdən baş verir:

- Əməliyyat səhvləri, yəni istifadə və ya texniki xidmət prosedurlarında səhvlər,

- Mexanik və ya elektrik nasazlıqları 

- Mühərrik nasazlığı və quyruq rotorunda problemlər

- Əlverişsiz hava şəraitinə görə görmə qabiliyyətinin aşağı olması,

- Çox aşağı hündürlükdə uçmaq və müxtəlif pilot səhvləri kimi səbəblər mühüm rol oynayır.

Bəs indiyə qədər Azərbaycanda və dünyada hansı helikopter qəzaları baş verib?

Azərbaycan
 

1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri Azərbaycan hərbi helikopteri 14:42 dəqiqədə vurulub.


​​​​​​​Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var.  Ümumilikdə isə qəza nəticəsində 22 nəfər həlak olub.

Türkiyə

1997-ci il 4 iyun

4 iyun 1997-ci ildə Şimali İraqda "sərhəd əməliyyatı"nda iştirak edən türk əsgərlərini daşıyan helikopter Zap bölgəsində raketlə vurulub. Qəza nəticəsində 11 əsgər həyatını itirib.

2003-cü ildə 29 aprel

29 aprel 2003-cü ildə Türkiyənin Sparta bölgəsində Eğirdirdə təlim uçuşu zamanı helikopter yüksək gərginlik xəttinə çırpılaraq qəzaya uğrayıb. Qəza nəticəsində 4 əsgər şəhid olub, 1 əsgər isə ağır yaralanıb.

2016-cı il 6 iyul

Türkiyə hərbi helikopteri ölkənin şimal-şərqində qəzaya uğrayıb, yeddi nəfər həlak olub. Göyərtədəki digər səkkiz nəfər isə yaralanıb. Helikopterdə  yüksək rütbəli hərbi zabitlər və onların ailə üzvləri olub, orada bir neçə uşaq da olub.

Helikopter Qara Dəniz yaxınlığında Giresun vilayətində təpəlik ərazidə sıradan çıxıb. 

2017-ci il – Şırnak bölgəsi

Şırnakda baş verən qəza  2017-ci ildə qeydə alınıb. Rəsmi açıqlamada helikopterin yüksək gərginlikli xətlərə toqquşduqdan sonra 300 metr hündürlükdən yerə çırpıldığı və içindəki döyüş sursatlarının yanğın zamanı partladığı bildirilib. Qəza zamanı 13 nəfər həlak olub.

2021 –ci il 4 mart

Bingölün Tatvan rayonunda baş verən helikopter qəzası baş verib.  Bitlisdəki hərbi helikopter qəzasında 11 hərbçi həlak olub. Şəhidlərin arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgililər Günündə təcili yardımdan tort istədi, cərimələndi

Sevgililər Günündə təcili yardımdan tort istədi, cərimələndi

Yeşil Çam, yoxsa Hollivud? – 35 il fərqlə çəkilən iki məşhur film arasında QƏRİBƏ OXŞARLIQ

Yeşil Çam, yoxsa Hollivud? – 35 il fərqlə çəkilən iki məşhur film arasında QƏRİBƏ OXŞARLIQ

Su sayğaclarını oğurlayan şəxs TUTULDU

Su sayğaclarını oğurlayan şəxs TUTULDU

Zelenski: Ukraynada bir dənə də olsun zədələnməmiş elektrik stansiyası qalmayıb

Zelenski: Ukraynada bir dənə də olsun zədələnməmiş elektrik stansiyası qalmayıb

Ebru Gündeşin bir saatlıq səhnə qiyməti hər kəsi şoka saldı - FOTO

Ebru Gündeşin bir saatlıq səhnə qiyməti hər kəsi şoka saldı - FOTO

Son 7 ildə övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

Son 7 ildə övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

Mingəçevirdə yük maşını qəza törətdi – ölən var

Mingəçevirdə yük maşını qəza törətdi – ölən var

Kitablar haqqında bilmədikləriniz – ən bahalı və ən qəribə kitablar harda yerləşir?

Kitablar haqqında bilmədikləriniz – ən bahalı və ən qəribə kitablar harda yerləşir?

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb - FOTO

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb - FOTO

Azad olunmuş ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

Azad olunmuş ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

İrandan dünyanı qorxuya salan TƏHDİD – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

İrandan dünyanı qorxuya salan TƏHDİD – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Qusarda dünyasını dəyişən ukraynalı turistin ölüm səbəbi BƏLLİ OLDU – ÖZƏL

Qusarda dünyasını dəyişən ukraynalı turistin ölüm səbəbi BƏLLİ OLDU – ÖZƏL

Kürdəmirdə 60 yaşlı kişinin meyiti su kanalından TAPILDI - FOTO

Kürdəmirdə 60 yaşlı kişinin meyiti su kanalından TAPILDI - FOTO

Naxçıvanda dəm qazından zəhərlənən ailənin SON DURUMU

Naxçıvanda dəm qazından zəhərlənən ailənin SON DURUMU

Zakir Həsənov: “Qoşunların döyüş hazırlığı daha da yüksəldilməlidir”

Zakir Həsənov: “Qoşunların döyüş hazırlığı daha da yüksəldilməlidir”

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Cəilabadda sel təhlükəsi – FOTO

Cəilabadda sel təhlükəsi – FOTO

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

Ağlayaraq efirdən GETDİ – VİDEO

Ağlayaraq efirdən GETDİ – VİDEO

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

End of content

No more pages to load

RADİO