Nazarbayevdən Azərbaycan Prezidentinə BAŞSAĞLIĞI

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevə telefonla zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya səfirliyi də Azərbaycana başsağlığı verdi


Prezident İlham Əliyev Nursultan Nazarbayevin müasir Qazaxıstan dövlətçiliyinin əsasını qoyduğunu vurğulayaraq qeyd edib ki, məhz onun müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində ölkə müstəqillik qazandığı ilk günlərdən tarixi sınaqlardan çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə layiqli yerini tutub.

Dövlətimizin başçısı Nursultan Nazarbayevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizin möhkəm təməlini qoyduğunu vurğulayıb.

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nursultan Nazarbayev ümummilli lider Heydər Əliyevlə dostluğunu ehtiramla yad edərək qeyd edib ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycana bütün sahələrdə böyük nailiyyətlər qazandırıb.

Nursultan Nazarbayev Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini qeyd edib.
 

Prezident İlham Əliyev və Nursultan Nazarbayev ölkələrimiz, xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə ediblər.


Telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgililər Günündə təcili yardımdan tort istədi, cərimələndi

Sevgililər Günündə təcili yardımdan tort istədi, cərimələndi

Yeşil Çam, yoxsa Hollivud? – 35 il fərqlə çəkilən iki məşhur film arasında QƏRİBƏ OXŞARLIQ

Yeşil Çam, yoxsa Hollivud? – 35 il fərqlə çəkilən iki məşhur film arasında QƏRİBƏ OXŞARLIQ

Su sayğaclarını oğurlayan şəxs TUTULDU

Su sayğaclarını oğurlayan şəxs TUTULDU

Zelenski: Ukraynada bir dənə də olsun zədələnməmiş elektrik stansiyası qalmayıb

Zelenski: Ukraynada bir dənə də olsun zədələnməmiş elektrik stansiyası qalmayıb

Ebru Gündeşin bir saatlıq səhnə qiyməti hər kəsi şoka saldı - FOTO

Ebru Gündeşin bir saatlıq səhnə qiyməti hər kəsi şoka saldı - FOTO

Son 7 ildə övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

Son 7 ildə övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

Mingəçevirdə yük maşını qəza törətdi – ölən var

Mingəçevirdə yük maşını qəza törətdi – ölən var

Kitablar haqqında bilmədikləriniz – ən bahalı və ən qəribə kitablar harda yerləşir?

Kitablar haqqında bilmədikləriniz – ən bahalı və ən qəribə kitablar harda yerləşir?

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb - FOTO

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb - FOTO

Azad olunmuş ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

Azad olunmuş ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

İrandan dünyanı qorxuya salan TƏHDİD – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

İrandan dünyanı qorxuya salan TƏHDİD – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Qusarda dünyasını dəyişən ukraynalı turistin ölüm səbəbi BƏLLİ OLDU – ÖZƏL

Qusarda dünyasını dəyişən ukraynalı turistin ölüm səbəbi BƏLLİ OLDU – ÖZƏL

Kürdəmirdə 60 yaşlı kişinin meyiti su kanalından TAPILDI - FOTO

Kürdəmirdə 60 yaşlı kişinin meyiti su kanalından TAPILDI - FOTO

Naxçıvanda dəm qazından zəhərlənən ailənin SON DURUMU

Naxçıvanda dəm qazından zəhərlənən ailənin SON DURUMU

Zakir Həsənov: “Qoşunların döyüş hazırlığı daha da yüksəldilməlidir”

Zakir Həsənov: “Qoşunların döyüş hazırlığı daha da yüksəldilməlidir”

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Cəilabadda sel təhlükəsi – FOTO

Cəilabadda sel təhlükəsi – FOTO

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

Ağlayaraq efirdən GETDİ – VİDEO

Ağlayaraq efirdən GETDİ – VİDEO

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

End of content

No more pages to load

RADİO